Icma.az
close
up
RU
İcra başçısı Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət etdi FOTOLAR

İcra başçısı Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət etdi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəriman Həsənzadə! Bu ad hər birimizə doğma və əzizdir. Çünki bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə gecəsini gündüzünə qataraq yorulmadan yazıb-yaradan qələm adamlarındandı Nəriman Həsənzadə. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə hər zaman xalqına arxa, dayaq olmağı bacaran, ümumiyyətlə, millətinə, xalqına xidməti özünün həyat amalına çevirən ziyalı və şair kimi öz yüksək intellekti, mübarizliyi ilə həmişə öndə olub. Bu gün Nəriman Həsənzadə xalqının, doğma həmyerlilərinin qəlbində özünəməxsus yer tutaraq könüllərdə özünə taxt qurub. 

"Unikal" xəbər verir ki, fevralın 18-də müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur. Xalq şairimiz 94 yaşını, doğum gününü müstəqil, suveren, ən əsası da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Qələbə qazandığı, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı doğma Xankəndiyə, Xocalıya, 2024-cü ildə doğma Qazaxının 4 kəndinə - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinə qovuşan qalib ölkənin vətəndaşı, dəyərli ziyalısı olaraq qürurla qeyd edir. 

Ölkəmizdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən saz-söz adamlarına, şairlərimizə, yazıçılarımıza verilən qiymət, dəyər hər zaman yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyevin 2021-ci il fevralın 17-də Xalq şairinə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanması, elə həmin gün müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal” ordeni ilə təltif etməsi də bir daha bunun bariz nümunəsidir.

Rəhbər təyin olunduğu ilk gündən saz-söz adamlarını, şairlərimizi daim diqqətdə saxlayan, onlardan qayğısını əsirgəməyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb Xalq şairimizi təbrik etməyi də unutmayıb. Fevralın 15-də icra başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov Xalq şairi Nəriman Həsənzadəni doğum günü ərəfəsində evində ziyarət ediblər.  

İcra başçısı və millət vəkili Xalq şairi Nəriman Həsənzadəni doğum günü münasibətilə Qazax ictimaiyyəti, ziyalılar adından səmimi qəlbdən təbrik ediblər. Dəyərli ziyalımıza cansağlığı və ən xoş arzularını çatdırıblar. Müstəqil Azərbaycanımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür. 17 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir. 

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz” (Rumıniya, 2009) və "Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

"Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N.Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur - 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur. 

"Dostlar gözləyir məni”, "Qız ürəyi”, "Haradasan”, "Qaraca Çobanın hekayəti”, "Sizdən ayrılmadım”, ”Könlüm şeir istəyir”, "Yadına düşəcəyəm”, "Nəriman”, ”Niyə demədiniz”, "Zümrüd quşu”, "Mənim gecəm-gündüzüm”, "Nabat xalanın çörəyi”, "Sən bağışladın”, "Bir az möhlət istəyirəm ömürdən”, "Fikir eləmə”, "Kimin sualı var”, "Seçilmiş əsərləri”, "Mənim nigahımı pozdu təbiət”, "Bütün millətlərə”, "Taleyin töhfəsi”, ”Gəlimli-gedimli dünya”, "Pompeyin yürüşü”, "Azərbaycan ensiklopediyası", "Poylu beşiyim mənim”, "Nuru Paşa” adlı kitabları işıq üzü görmüşdür.

"Nəriman”, "Zümrüd quşu”, "Kimin sualı var?”, "Atabəylər”, "Pompeyin Qafqaza yürüşü”, "Midiya sarayı”, "Bəyanət”, "Həsrət”, "Vətənsiz”, "Heybədə gəzən şeir”, "Şahid ol, günəş”, "Rəsul Həmzətova məktub”, "Şəhid atası Şərif qağaya məktub”, "Qafqaz”, "Cavid”, "Qaçaq Kərəm”, "Səfirə”, "Xarı bülbül”, "Azadlıq himni” adlı poemaların müəllifidir. "Nabat xalanın çörəyi” povestini yazıb. "Tale mənə şairliyi könül dostu verib”, - deyən şair inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi "dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucularını sevindirəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri