Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

İcra şöbələri sadəcə sifarişli qərarları yerinə yetirmək üçündür? FƏRİD ƏHMƏDOVA DAHA BİR MÜRACİƏT

İcra şöbələri sadəcə sifarişli qərarları yerinə yetirmək üçündür? FƏRİD ƏHMƏDOVA DAHA BİR MÜRACİƏT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hörmətli Fərid Əhmədov!                 

İlk öncə onu qeyd edim ki, Ədliyyə sistemindəki problemlərlə bağlı bir daha Sizə müraciət etməyəcəyimi qərara almışdım. Çünki son aylar ərzində, Ədliyyə Nazirliyinin rəhbəri kimi, Sizə ünvanladığım bir neçə müraciət nəinki cavabsız qaldı, hətta ünvanına çatıb-çatmadığını belə, aydınlaşdıra bilmədik. Bununla da bizə bəlli oldu ki, Ədliyyə Nazirliyinə ünvanlanan müraciətlər “qayaya dəyib qayıdan səs” effekti verir, yəni səsimizi özümüzdən başqa kimsə eşitmir.

Cənab nazir!

Təəssüflə qeyd edirəm ki, rəhbərlik etdiyiniz qurumun istər media ilə, istərdə əhali ilə işləməli - onların şikayətlərini, dərdini-sərini dinləməli olan sturukturları - Siz nazir təyin olunduqdan sonra öz fəaliyyətlərini tamamilə dondurub. Doğrudur, bu yaxınlarda mətbuatdan oxudum ki, Ədliyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib, əməkdaşların sayı artırılıb, Siz də açılışında iştirak etmisiniz. O cümlədən, nazirliyin Mətbuat Xidmətinə də əlavə kadrların işə götürülməsi haqda bilgilər var. Bütün bunlar çox yaxşıdır. Amma, təəssüf ki, hələ də Ədliyyə Nazirliyinin nə Çağrı Mərkəzi, nə də Mətbuat Xidməti öz funksiyalarını yerinə yetirmirlər. Hər iki qurum, belə desək, “yolaverdi” xidməti ilə məşğuldurlar.

Hörmətli Fərid Əhmədov!

Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, mənim bir jurnalist olaraq nə Sizə, nə də rəhbərlik etdiyiniz qurumun hansısa əməkdaşına qarşı heç bir qərəzim yoxdur. Əksinə, bundan əvvəlki yazılarımın birində də qeyd etdiyim kimi, Sizin bir gənc kadr olaraq önəmli vəzifəyə - nazir postuna təyin olunmağınıza media nümayəndələri arasında bəlkə də ən çox sevinən mən olmuşam. Hətta bu haqda çalışdığım mətbuat orqanında bir neçə yazım da dərc olunub. Çünki, son vaxtlaradək elə düşünürdüm ki, kresloları “mamır basan”, illərdir öz vəzifələrindən bərk-bərk yapışan yaşlı kadrların gənclərlə əvəzlənməsi cəmiyyətimizdə hər bir sahədə inkişafa səbəb olacaq. İndi mənə aydın olur ki, Sizin barənizdə yüksək fikirdə olmağım, qısa müddətdə Ədliyyə Nazirliyində ciddi islahatlar aparacağınıza olan inamım əbəs imiş.

Amma Sizin qurumun fəaliyyəti, hətta varlığı belə, bir jurnalist olaraq artıq mənim maraq dairəmdə olmadığından, bu haqda nə müsbət, nə də mənfi yazmaq istəmirəm. Sadəcə, son günlər əldə etdiyim bir informasiya bu yazını yazmağıma, yəni yenidən Sizə müraciət etməyimə səbəb oldu.

Cənab nazir!

Məlumunuz olsun ki, “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) artıq 15-ci ildir idarə etdiyi şəxsi avtomobilinə Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həbs qoyulub. Söhbət Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh şəxs qismində çıxış edən V.Məmmədovun qanunsuz olaraq 2 min manat həcmində cərimələnməsindən gedir. Hansı ki, baş redaktor həm məhkəmənin bu ədalətsiz qərarına etiraz etdiyi, həm də sözügedən vəsaiti ödəmək imkanı olmadığı üçün indi belə bir reallıqla qarşılaşıb.

Əlbəttə, deyə bilərsiniz ki, ortada məhkəmə qərarı olduğundan baş redaktorun avtomobilinin üzərinə həbs qoyulması qanunidir. Əslində, biz də Sizin kimi düşünürük və V.Məmmədovun avtomobilinin üzərinə həbs qoyulmasının qanunsuz olduğunu iddia etmirik. Qanunsuz olan məhkəmənin ədalətsiz qərarıdır. Sadəcə, burada bizi düşündürən bir məsələ var: necə olur ki, “Hürriyyət”ə müraciət edən çoxsaylı şikayətçilər, ortada məhkəmə qərarları olmasına rəğmən, aylar, hətta illərdir müxtəlif yollarla, əsasən də dələduzluqla mənimsənilən pullarını geri ala bilmirlər, amma Bakı Şəhər Probasiya İdarəsi tələm-tələsik baş redaktorun avtomobilinə həbs qoyub?!

Xatırladım ki, Sizə sonuncu müraciətimdə Bakı şəhəri, Nizami rayon sakini Həsənova Ülviyyə Sabir qızının qarşılaşdığı problem haqda yazmışdım. Qeyd etmişdim ki, Sabunçu Rayon Məhkəməsinin hakim Adilə Paşayevanın 14.10.2024-cü il tarixli qərarı ilə dələduzluqda ittiham olunan Bəşirov Şahin Bəşir oğlu ona - Həsənova Ülviyyə Sabir qızına birdəfəlik olaraq 17 min manat ödəməli olduğu halda (baxmayaraq ki, 30 min manatını mənimsəyib - müəl.), artıq 1 ilə yaxındır bir manat da ödəmir və Sabunçu Rayon İcra şöbəsinin əməkdaşları hansısa səbəbdən qarşı tərəfi müdafiə və himayə edir.

Hörmətli Fərid Əhmədov!

Yuxarıda qeyd etdiyim məsələ redaksiyamıza olunan çoxsaylı şikayətlərdən sadəcə biridir. Bir anlıq vəzifənizi kənara qoyaq və Sizə hüquqşünas olaraq sual verək: Məhkəmə dələduzluqda ittiham olunan şəxsin zərərçəkənə birdəfəlik olaraq 17 min manat ödəməsi haqda qərar çıxarsa da, o, 1 il ərzində bircə manat da ödəməyibsə, necə olur ki, hələ də azadlıqda gəzir? Yaxud bu şəxsi hansı hüquqi əsaslarla azadlıqda saxlamaq olar? Bu, mümkündürsə, o halda məhkəmələr, eləcə də icra şöbələri nəyə gərəkdir?!

Bəlkə, düşünürsünüz ki, məhkəmələr və icra şöbələri sadəcə sifarişli qərarları yerinə yetirmək üçündür?! Necə ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Samirə Məmmədli “Hürriyyət”in baş redaktoru haqqında sifarişli qərar çıxarıb, icra şöbəsi isə qərarın mürəkkəbi qurumadan avtomobilinə həbs qoyub!

Xahiş edirəm, bu haqda bir daha düşünün və ədalətin yanında olmağa çalışın...

Jalə FAMİLQIZI

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri