İcraçı direktor: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bu il qlobal süni intellekt bazarının 5 milyard ABŞ dolları dəyərinə çatacağı gözlənilir.
"APA-Economics" xəbər verir ki, bunu süni intellektlə bağlı "6th AI & Data Forum"da Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
Onun sözlərinə görə, 2030-cu ildə bu rəqəmin 1,8 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.
Fariz Cəfərov qeyd edib ki, süni intellekt texnologiyalarının 2030-cu il üçün qlobal ÜDM-ə 15,7 trilyon dollardan çox əlavə dəyər qatacağı gözlənilir.
"Şirkətlərin 61%-i artıq öz əməliyyatlarında süni intellekt texnologiyalarından istifadə edir. ChatGBT, Gemini, Cloud kimi yaradılan AI modelləri gündəlik olaraq 100 milyondan çox insan tərəfindən istifadə olunur", - Fariz Cəfərov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 11 Aprel 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















