Icma.az
close
up
RU
Sözün imzası Mərdliyin sərhədi

Sözün imzası Mərdliyin sərhədi

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

​Mərdlik bu binanın təməl daşı, kamillik isə həmin bünövrə üzərində ucalan əzəmətli saraydır

Hər dövrün öz əxlaqı, hər zamanın öz hökmü olur, lakin elə təməl dəyərlər var ki, zamanın küləyi onları sarsıtsa da, insanı insan edən məhz həmin sarsılmaz sütunlardır.
​Süfrənin müqəddəsliyi, kəlmənin ağızdan çıxıb namusa, şərəfə çevrildiyi, hər sözün bir ömür qədər ağır gəldiyi ulu günlərdən yadigar qalan müqəddəs bir mirasdır. Bir vaxtlar söz bir dəfə deyilər, o dəmir iradə ilə yerinə yetirilərdi. "Bu süfrədə danışılan, bu süfrədə qalar" kəlamı sadəcə adi bir xəbərdarlıq deyil, mərdliyin, sədaqətin və insani kamilliyin qanla möhürlənmiş, yazılmamış qanunu idi. Şərəfini canından əziz bilən insan o sözün altında əyilməz, o əhdə xəyanət edib keçməzdi.

İndi haradadır o sözə canı qədər sadiq olanlar? Haradadır damarlarında o qədim qanı, o alicənab kökü daşıyan şəxsiyyətlər? Dünən bir kəlməsi ilə dağları yerindən tərpədən ulu babaların varisləri, bu gün səbəbsiz yerdə verilən bir sözün belə yükünü daşımaqda acizdirlər. Biz tənəzzül etdik, çünki bizi ucaldan, uca tutan təməlləri öz əlimizlə laxlatdıq. Bəs bizi əslində biz edən nə idi — kamilliyimiz, yoxsa mərdliyimiz?

​Mərdlik bu binanın təməl daşı, kamillik isə həmin bünövrə üzərində ucalan əzəmətli saraydır. Mərdlik insana dar gündə dayaq durmağı, haqqı hayqırmağı, sözünün arxasında qaya kimi durmağı öyrədirdisə, kamillik o sözün nə vaxt, harda və necə deyilməli olduğunu dərk etdirən ali hikmət idi. Əslində sözə sadiqlik ilə əmələ sadiqlik eyni ilahi mahiyyətin iki fərqli təzahürüdür. Lakin sözə sadiqlik hər şeydən uca, hər şeydən alidir. Çünki əməl sadəcə fiziki bir hərəkətdir, söz isə ruhun, vicdanın və şərəfin bəyanıdır. Sözünə sadiq olan insan zatən əməlinə xəyanət edə bilməz.

Söz - insanın ruhunun aynasıdır. Ağızdan çıxan hər bir kəlməyə sədaqət göstərmək, insan oğlunun çata biləcəyi ən yüksək mənəvi zirvələrdəndir.

Gəlin rəfdə toz basmış kitablarda və ya yaddaşımızın dərinliklərində dumanlanan o təmiz, ləkəsiz günlərə qayıdaq. O unudulmaz günlərə ki, orada dostluq heç vaxt bazarlıq deyil, ali fədakarlıq idi; verilən söz isə hər hansı bir sənətdən, dövlət imzasından qat-qat keçərli və toxunulmaz idi...

Unutmayaq ki, hər dəfə sözümüzə xəyanət etdiyimizdə, ruhumuzun uca divarından bir daş da əskilir və biz öz əlimizlə öz şərəf sarayımızı uçururuq.

Tural İbrahim - Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin , Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Noyabr 2026 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri