Icma.az
close
up
RU
İctimai nəqliyyat sahəsində İSLAHATLAR DAVAM EDİR

İctimai nəqliyyat sahəsində İSLAHATLAR DAVAM EDİR

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət, qəbul olunan Dövlət proqramları nəqliyyat infrastrukturunun genişlənməsinə və inkişafına şərait yaradıb. Bu gün Azərbaycan Avrasiya qitəsində nəqliyyat mərkəzlərindən birinə çevrilməkdədir. Hava, dəniz limanları və digər nəqliyyat sahəsində görülən işlər nəticəsində 2024-cü ildə ölkəmiz üzərindən rekord həcmdə tranzit yük daşınıb. Bu rəqəm artıq 15 milyon tona yaxınlaşır. Eləcə də ölkədaxili yükdaşımalarda ciddi artımlar müşahidə edilir. Ölkə ərazisindən keçən bir sıra nəqliyyat dəhlizləri - istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizləri məlum görüşlər, bəyanatlar və son imzalanan sənədlərdən sonra daha da geniş perspektivlər açır. Avtosfer.az “İki sahil”ə istinadən xəbər verir ki, hazırda ölkəmizdə ictimai nəqliyyat sahəsində islahatlar davam edir. Tələbata uyğun olaraq ictimai nəqliyyatın mobiliyinin təmin olunması istiqamətində kifayət qədər ciddi addımlar atılır. İctimai nəqliyyat sahəsində uğurlar daha çox infrastrukturun təşmilləşdirilməsi, müasir texnologiyanın tətbiqi, xidmət keyfiyyətinin artırılması istiqamətində baş verir. Xüsusi ilə də Bakı şəhərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni avtobusların alınması, smart kart sisteminin tətbiqi, marşrutların optimallaşıdırlması və.s diqqəti çəkir. 2003-cü ildən bəri Azərbaycanda yol, dəmir yolu, metro və hava nəqliyyatı sahələrində irimiqyaslı layihələr həyata keçirilib.

Geyim və avtomobil alıcıları üçün vacib məqamlar - İkinci əl bazarında risklər var

 Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkənin nəqliyyat sektorundakı uğurlardan və gələcək planlardan, xüsusilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən danışaraq bildirb ki, əsas diqqət metro şəbəkəsinin genişləndirilməsi və ictimai nəqliyyatın inkişafına yönəldilib. Ölkə başçısının vurğuladığı kimi, yaxın illərdə 10 yeni metro stansiyasının tikilməsi, əlavə depo və mövcud stansiyaların optimallaşdırılması planlaşdırılır. Belə ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır. “Yaşıl xətt”in üzərində “Ağ şəhər”, “NZS”, “Nargilə” adlanan ərazilərdə və “Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. “Bənövşəyi xətt” üzrə “B-04” stansyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyalarına keçid funksiyalı, “Neftçilər” xəstəxanası yaxınlığında və “Ağ şəhər” layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə “Bənövşəyi xətt”in “Xocəsən” elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması da nəzərdə tutulub. Hazırda “Bənövşəyi xətt”in layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir.

Həmçinin elektrobuslar və velosiped zolaqları ilə mikromobilliyin təşviqi nəzərdə tutulur. Bu tədbirlər paytaxtda tıxacların azalmasına, ictimai nəqliyyatın daha rahat və ekoloji cəhətdən təmiz olmasına xidmət edəcək. Yol infrastrukturu çərçivəsində 20.767 km yol, 335 körpü, 45 tunel və 163 piyada keçidi tikilib. Dəmir yolları üzrə 1.562 km yeni xətt çəkilib, 1.906 km təmir olunub, müasir qatar və vaqonlar alınıb. Metro şəbəkəsi 30 km-dən 41 km-ə qədər genişlənib, 7 stansiya və 1 depo tikilib. Sərnişin sayı son 20 ildə 137 milyondan 230 milyona yüksəlib. Avtobus nəqliyyatında “BakuBus” MMC üçün 1300-dən çox avtobus və elektrik avtobuslar gətirilib, Naxçıvan və Gəncədə avtobus parkları yaradılıb.

Bundan başqa, hava nəqliyyatı sahəsində Füzuli, Zəngilan və Laçın beynəlxalq Hava limanları istifadəyə verilib. AZAL-ın sərnişin sayı və reysləri əhəmiyyətli dərəcədə artıb, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilə illik tutum 20 milyon nəfərə çatdırılacaq. Bundan başqa, yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Təbii ki, həyata keçirilən bu layihələr Bakının nəqliyyat yükünün azaldılmasına, ictimai nəqliyyatın cəlbediciliyinin artırılmasına, şəhər mühitinin daha rahat və əlverişli olmasına xidmət edir.

Oxunub 10

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Yanvar 2026 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri