Icma.az
close
up
RU
İctimai nəqliyyatda E1 nümunəsi sərnişinlər məmnundur, amma...

İctimai nəqliyyatda E1 nümunəsi sərnişinlər məmnundur, amma...

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın ictimai nəqliyyatı haqda tənqidlər səslənməsinə öyrəşmişik. Gerçəkdən də metro və avtobusların sərnişindaşıma fəaliyyətində problem çoxdur. Ancaq yaxşı nümunələr də var.
Məsələn, Lökbatandan start götürərək, “Xalqlar dostluğu” metrostansiyasına və əks istiqamətdə hərəkət edən E1 marşrutunun fəaliyyəti nümunəvidir. Bu istiqamətdə hərəkət edən sərnişinlər deyirlər ki, həmin marşrutda işləyən avtobuslar o yolu istənilən taksidən daha tez və rahat qət edir. Buna səbəb avtobus yollarının açıq olması və bu marşrutda işləyən avtobusların bir çox dayanacaqlarda saxlamaması, yalnız metrostansiya yaxınlığında, həm də qısa müddətə dayanmasıdır. Sanki E1 avtobusları yer üstündə hərəkət edən metrobuslardır (yeri gəlmişkən, Türkiyənin iri şəhərlərində bu nəqliyyat növü geniş yayılıb).
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, Bakı şəhəri və ətraf ərazilərdə yaşayan bütün sakinlər üçün ictimai nəqliyyat əlçatan olmalıdır: “Ekspress avtobusların işə salınmasında əsas məqsəd sərnişinlərin bir məntəqədən digər məntəqəyə daha tez çatdırılmasıdır. Əvvəllər marşrut taksilər var idi, amma onların həcmi kiçik idi. Hazırda ekspress avtobuslar həmin marşrut taksilərin funksiyasını yerinə yetirir”.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı qeyd etdi ki, bu layihələr sərnişindaşımada müsbət nəticələr verir: “Ekspress avtobuslar illərdir sınaqdan keçirilir, müsbət nəticəsi də var. Ancaq bəzi istiqamətlərdə istifadəyə verildikdən sonra vətəndaşlar dayanacaqlarla bağlı etiraz edirlər ki, niyə filan yerdə dayanmır? Müxtəlif yanaşmalar var. Nəqliyyat həssas sahədir, öncədən planlama önəmlidir, bəzi məsələlərə daha çox diqqət göstərmək lazımdır. Planlı şəkildə olarsa, başqa istiqamətlərdə də ekspress avtobusların istifadəyə verilməsi mümkündür. Hazırda fəaliyyət göstərən ekspress xətlər yaxşı nəticə verib. Bu nəticə onu deməyə əsas verir ki, prosesi ardıcıl şəkildə davam etdirmək olar. Bakı kəndləri, Qaradağ rayonu, Lökbatan, Sahil qəsəbəsi istiqamətində bunu etmək mümkündür. Sumqayıt istiqamətində illər əvvəl düşünülmüş layihə var idi, müzakirələrdə mən də iştirak etmişdim. Bu istiqamətdə ekspress avtobuslar istifadəyə verildikdən sonra müsbət nəticə gördük. Heç bir dayanacaq olmadan hərəkət də müəyyən narazılıqlar yaradır. Hər bir halda müəyyən məsafədə dayanacaqlar quraşdırmaqla layihənin daha çox sərnişin üçün faydalı olmasına nail olmaq mümkündür”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, marşrut sxemi sərnişin axını və tələbata əsasən təyin edilir. Qurumun mətbuat katibi Tural Orucov açıqlamasında qeyd etdi ki, müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslar sxem üzrə təyin edilən bütün dayanacaqlarda mütləq şəkildə saxlamalıdır, həmçinin ictimai nəqliyyat vasitələri təhlükəsizlik məqsədilə daha az sürətlə hərəkət edir:
“AYNA tərəfindən sərnişinlərin mənzil başına daha sürətli çatdırılması məqsədilə tələbat çox olan ərazilərdə ekspress xətlər təşkil edilir. Ekspress avtobuslar yalnız müəyyən dayanacaqlarda saxlamaqla sürətli çatdırılmanı təmin edir. Hazırda E1, E2, 120E, 121E, 140E, H1 nömrəli və Bakı-Sumqayıt istiqamətində 594, 595 nömrəli ekspress avtobusları sərnişinlərə xidmət göstərir.
Qeyd edək ki, mütəxəssislər tərəfindən təhlillər aparılır və ehtiyac olduğu təqdirdə sərnişin tələbatına uyğun olaraq yeni ekspress marşrutlar təşkil edilir", - deyə açıqlamada qeyd olunub./musavat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri