Icma.az
close
up
RU
İctimai qınaq boşanma statistikasını dəyişə bilər Sosioloq

İctimai qınaq boşanma statistikasını dəyişə bilər Sosioloq

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda insanların şəxsi həyatla bağlı qərarlarında “nə deyərlər?” düşüncəsi hələ də mühüm rol oynayır. Evlənmək, boşanmaq, övlad sahibi olmaq, hətta karyera və gündəlik həyatla bağlı seçimlər belə bəzən şəxsi istəkdən çox, cəmiyyətin və yaxın çevrənin gözləntiləri nəzərə alınaraq edilir. Bəs insanların seçimlərinə təsir edən bu sosial təzyiq niyə hələ də güclüdür və “el nə deyər?” düşüncəsindən uzaqlaşmaq niyə çətindir?
Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, “nə deyərlər?” düşüncəsi ümumiyyətlə bütün cəmiyyətlərə bu və ya digər formada xas olan xüsusiyyətdir.
Onun sözlərinə görə, sosiallığın əlaməti olaraq insan başqalarının fikirlərini, düşüncələrini və rəftarlarını, bunların müsbət və ya mənfi olmasını, başqa sözlə, ictimai rəyi həmişə nəzərə alır:
“Digər bir tərəfdən də, bu, sosial nəzarətin bir hissəsidir. Azərbaycana gəldikdə isə “nə deyərlər?” düşüncəsi daha çox insanların evlilik, boşanma və övlad sahibi olması məsələlərində fəal şəkildə ortaya çıxır. Yəni camaatın fikri, camaatın düşüncəsi, çoxluğun rəyi çox insan üçün həlledicidir. Ümumilikdə, bu, istənilən halda şəxsi seçimlərə ciddi təsir göstərən sosial amillər sırasındadır.
Əslində, bunu köhnə düşüncə, geridə qalmağın bir xüsusiyyəti kimi qiymətləndirmək də çox doğru deyil. Çünki bu mənada ictimai rəy həm də sosial təsisatdır. Necə ki, ailə, hüquq, mədəniyyət kimi təsisatlar insanlarda müəyyən formalaşmış təsir mexanizminə malikdir, burada da həm ictimai nüfuz məsələsi, gender rolları, ailə-qohumluq münasibətləri, digər tərəfdən isə sosial nəzarətin müxtəlif mürəkkəb mexanizmləri müəyyən bir sosioloji təsisatlaşmanı və yaxud ailə institutunun yerli dəyərlərə uyğun spesifik xüsusiyyətlərini aşkara çıxarır.
Yəni “nə deyərlər?” sözünə yanaşdıqda, əslində, biz bu məntiqə, belə deyək, təəccüblənməməliyik. Əslində, bu sual verilməsəydi, bir qədər də təəccüblü olardı. Yəni insanlar əgər kimin nə deyəcəyini, kimin nə deməsi barədə düşünürlərsə, bu artıq onların sosial təsirə verdiyi əhəmiyyəti və dəyəri göstərir.
Digər bir tərəfdən də, bu, insan hüquqlarını və azadlığını məhdudlaşdıran norma deyil. Yəni artıq insanlar daha çox fərdi azadlığa önəm verirlər və hər kəs şəxsi qərarlarını da getdikcə daha çox özü qəbul edir.
Əslində, Azərbaycan cəmiyyəti bu mənada digər ölkələrlə müqayisədə özünəməxsusdur. Yəni şəhərə, mərkəzə yaxınlaşdıqca müəyyən sosioloji bərabərlik prinsipi var. Əyalətlərə doğru getdikcə iyerarxiya dərinləşir. Yəni yenə də yaşlılar, müəyyən təbəqələr daha çox bu istiqamətdə, deyək ki, övladlarının iradəsinin əleyhinə də qərar qəbul edə bilirlər.
Yəni hər bir halda insanın dövlət və cəmiyyət tərəfindən sosial, siyasi, pedaqoji tərbiyəsində bu məqam çox vacibdir. İstənilən halda hər bir insan öz qərarında israrlı olmalıdır. Yəni “kimsə nə deyər?” məsələsində biri görürsən ki, təsadüfən, illərlə görmədiyi bir adam sənin şəxsiyyətin haqqında qərar verməyə çalışır.
Yəni adam fikirləşmir ki, bunun öz planı var, bəlkə, belə deyək, gözlədiyi var, bəlkə kimsəyə bağlıdır, bunu aşkara çıxarmaq istəmir. Qohumların nə düşünməsi, ümumiyyətlə, ailənin bədbəxtliyi də bəzən bu səbəblərlə bağlı ola bilər. Yəni bu baxımdan həqiqətən burada araşdırmalar bir çox incə məqamları üzə çıxarır.
Belə mexanizmin, əslində, çox güclü olması heç də yaxşı əlamət deyil. Təbii ki, belə prosedurlar dəyişir. Yəni faktiki olaraq onun təsiri və mexanizmi dəyişməlidir.
Azərbaycanda yalnız ailə münasibətləri iki fərqli şəxsin münasibəti kimi qəbul edilmir. Bu, daha geniş qohumluq əlaqəsi olaraq başa düşülür. Yəni bu, təkcə Azərbaycanda deyil, yaxın qonşu ölkələrdə, hətta bir çox müasir Qərb ölkələrində də qohumluq münasibətləri xüsusi olaraq dəyərləndirilir.
İstənilən halda Azərbaycan üçün xarakterik cəhət odur ki, burada iki nəfərin qohumluğu iki böyük nəslin qohumluğu kimi çox vaxt xarakterizə olunur. Və bu baxımdan da ailədaxili münasibətlər, əslində, qohumluq münasibətləri kimi dəyərləndirilir. Buna görə insanların şəxsi seçimi ictimai rəy, ictimai qınaq, ictimai rəğbət məsələsinə çevrilir.
Digər bir tərəfdən də, aydın məsələdir ki, müəyyən gender fərqləri var. Azərbaycanda bununla bağlı aparılan gender tədqiqatlarında, UNFPA-nın apardığı tədqiqatda göstərilir ki, kişi və qadın rolları ilə bağlı təsəvvürlər, qərarlar və övlad seçməyə bağlı ənənəvi təsəvvürlər özünü qoruyub saxlayır.
Bu, bir tərəfdən yaxşıdır, çünki bu göstərir ki, indiki boşanmalara, kəskin ailə böhranına baxmayaraq, müəyyən zamandan sonra cəmiyyət öz təbii axarına və statusuna qayıdacaq. Yəni bu baxımdan aparılan sosioloji araşdırma nəticələrini mənfi qiymətləndirməyə tələsmək lazım deyil.
Digər tərəfdən də, oğlan uşaqlarına verilən üstünlük məsələsidir. Bu, təkcə Azərbaycan üçün deyil, məsələn, biruşaqlı ailə modelinin uzun müddət tətbiq olunduğu Çin üçün də xarakterikdir. Yəni bu, həqiqətən bir böhran yarada biləcək bir faktordur.
Digər tərəfdən, bunun qarşısını almaq üçün vacib olan 3-4 övladlı ailə modelinə keçiddir. Bir-iki övlad olduqda müəyyən gender disbalansı yaranır. Bu mənada 3-4 övladlı ailə həm demoqrafik siyasətin uğurlu davam etməsi baxımından, həm sosial problemlərin həlli, həm gələcəkdə pensiya ödənilməsi baxımından nəsillərarası əlaqə, digər sosial rifah modellərini reallaşdırmaq üçün daha əlverişli sosial-demoqrafik modeldir. Bu, hökmən nəzərə alınmalıdır”.
Sosioloq əlavə edib ki, gözləntilər adətən insanları çox narahat edirdi:
“İndi bu məsələ bir qədər adiləşib, amma yenə də aktual olaraq qalır. Övladın nə vaxt olacağı, niyə ikinci uşağı düşünmürsünüz, niyə qız oldu, niyə oğlan olmadı və yaxud niyə qız olmadı kimi suallar adətən ictimai müzakirə obyektinə çevrilir.
Bu, əslində, bekar insanların münasibətidir. Nənələr, babalar, müəyyən yaşlı insanlar, əslində, müsbət yanaşmaq lazımdır ki, bunu müzakirə mövzusu kimi qəbul edirlər.
Digər bir tərəfdən, reproduktiv, yəni nəsil artırma qərarlarına ailə və sosial çevrənin müdaxiləsi bəzən həqiqətən şəxsi seçimləri məhdudlaşdırır, insanların ünsiyyət mədəniyyətini zəiflədə, ailə sərhədlərini daralda bilir. Bu müdaxilə faktları, təbii ki, var.
Boşanma statistikası ilə bağlı başqa mövzu olduğu üçün bunu çox vurğulamaq istəmirəm, amma məncə, ictimai qınağın müəyyən qədər güclü və təsirli olması boşanma statistikasının azalmasına əhəmiyyətli təsir göstərə bilər. Bu, gələcəkdə mütləq şəkildə nəzərə alınmalıdır.
İctimai qınağı, ictimai fikri, ictimai düşüncəni ailə həyatından kənar tutmaq, əslində, qeyri-mümkündür. Ailə kimi, ictimai rəy də ailəyə daxil olan və ailənin başçısı, iştirakçısı olan hər hansı bir fərd üçün onun ifadəçisi, daşıyıcısı kimi çox mühüm rola malikdir.
Bütün ictimai təsisatlar, sosial institutlar bir-biri ilə sıx şəkildə bağlıdır. Bu gün sosial media da burada xüsusi bir təsisat kimi çıxış edir. Onun da institutlaşması, təsisatlaşması prosesi özünü göstərir.
Əsas problem insanların başqalarının fikrini nəzərə alması və eyni zamanda şəxsi qərarların ictimai qınaq doğurub-doğurmaması məsələsidir. Bəzən insanlar hər hansı bir məsələnin fərqinə varmadan, diqqət ayırmadan kütləvi şəkildə qınayırlar. Bu, ictimai düşüncədə və fikirdə kütləvi qınaq mühiti formalaşdırır və bu mənada cəmiyyətin ailə institutunun təsisatlaşmasına qarşı həssaslığı təbiidir.
Bu da göstərir ki, Azərbaycan cəmiyyəti öz inkişaf, müqavimət potensialını və yeniləşmə potensialını qoruyub saxlayır və əlverişli şəraitdə bunu tam olaraq reallaşdıracaq”, – deyə sosioloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri