İdarə Heyəti xəbərdarlıq etdi: Adil Şükürovun taleyi iki oyundan asılıdır”
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.
“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib. Görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər.
İclasda komandanın Premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub. Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.
Əldə etdiyimiz məlumata görə, baş məşqçiyə iki oyunluq şans verilib. Əgər təcrübəli mütəxəssis qarşıdakı iki görüşdə xallar qazana bilməsə onunla yollar ayrılacaq. Bu barədə Şükürovun özünə də məlumat verilib.
Xatırladaq ki, Gəncə təmsilçisi Premyer Liqanın IV turunda “Araz Naxçıvan”la, V turda isə “Qəbələ” ilə üz-üzə gələcək.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















