Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

İdarə qapılarında növbələrin sonu: Rəqəmsal inqilab başlayır

İdarə qapılarında növbələrin sonu: Rəqəmsal inqilab başlayır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hazırda yeni sistem vasitəsilə hər ay bir milyondan çox kağız sənədin istifadəsinə qənaət edilir ki, bu da ildə təxminən 2 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Bununla yanaşı, Milli Məlumat Mübadiləsi Sistemi dövlət orqanları arasında operativ və etibarlı məlumat mübadiləsini təmin edir.

Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq, rəqəmsal hökumətə keçid baş verəcək. Bu, "Rəqəmsal İnkişaf Konsepsiyası"nda öz əksini tapıb. Sənəddə deyilir ki, Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini, vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Bəs nəzərdə tutulan yeniliklər bizə nə verəcək? Vətəndaşların bu sistemə öyrəşməsi üçün işlər görülürmü?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Hər ay bir milyondan çox kağıza qənaət edilir

Prosesdə aparıcı qurumlardan biri kimi çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) "Kaspi" qəzetinə verilən məlumata görə, qurum tərəfindən həyata keçirilən ən mühüm təşəbbüslərdən biri Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsistemidir: "Bu sistem sayəsində dövlət qurumları arasında sənəd mübadiləsi tam rəqəmsal formada və təhlükəsiz şəkildə aparılır. Hazırda 2 200-dən çox dövlət qurumu və alt strukturlar RSD altsisteminə qoşulub və bu sistem vasitəsilə hər ay bir milyondan çox kağız sənədin istifadəsinə qənaət edilir ki, bu da ildə təxminən 2 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Bununla yanaşı, İRİA tərəfindən təqdim edilən "digital.bridge" - Milli Məlumat Mübadiləsi Sistemi dövlət orqanları arasında operativ və etibarlı məlumat mübadiləsini təmin edir. Artıq vətəndaşlar dövlət qurumlarına bir çox sənədləri təqdim etmək məcburiyyətində deyil, çünki həmin məlumatlar birbaşa "digital.bridge" üzərindən əldə edilə bilir. Bu yenilik təkcə vətəndaşlara rahatlıq yaratmır, həm də dövlət xidmətlərinin sürətini artırır və bürokratik maneələri aradan qaldırır. Sistem vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı bir milyardı ötüb və bu proses nəticəsində ildə 10 mindən çox ağacın kəsilməsinin qarşısı alınır".

"23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib"

Qurumdan bildirilir ki, 2024-cü ildə yenilənmiş "mygov" rəqəmsal hökumət platforması çərçivəsində də mühüm addımlar atılıb: "Artıq vətəndaşlara həyat hadisələri üzrə rəqəmsal hökumət xidmətləri təqdim olunur. Məsələn, ailə qurmaq, valideyn olmaq, ailə üzvünün vəfatı kimi həyat hadisələri ilə bağlı bütün dövlət xidmətləri inteqrasiya olunub və elektron qaydada əlçatan edilib. Bununla yanaşı, vətəndaşlara aid bir sıra sənəd və məlumatlar da rəqəmsal formada təqdim edilir. Hazırda "mygov" platformasında 40-dan çox məlumat və rəqəmsal sənəd mövcuddur. Ölkə prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin rəqəmsal versiyaları artıq fiziki versiyaları ilə bərabər hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, vətəndaşlar artıq fiziki sənədləri təqdim etmədən, "mygov" üzərindən rəqəmsal şəxsiyyət vəsiqələrini və digər sənədlərini istənilən dövlət və özəl quruma təqdim edə bilərlər. Bundan əlavə, 2025-cü ildə qəbul edilən qanun dəyişiklikləri ilə daha 23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib. Bu isə ölkədə kağız sənədlərdən istifadənin daha da azalmasına və rəqəmsal hökumət konsepsiyasının genişlənməsinə töhfə verir".

"Vətəndaşlar buna hazırdırmı" sualına gəldikdə isə, İRİA-dan bildirilir ki, vətəndaşların rəqəmsal hökumət həllərinə daha rahat və səmərəli şəkildə inteqrasiya olunması üçün müxtəlif istiqamətlərdə işlər görülür: "İlk növbədə, dövlət xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə istifadəçi dostu interfeyslərə malik rəqəmsal hökumət xidmətləri, platforması təqdim olunur. Bu, vətəndaşların mürəkkəb texniki biliklərə ehtiyac duymadan rəqəmsal xidmətlərdən asanlıqla yararlanmasına imkan verir. Bununla yanaşı, mütəmadi maarifləndirmə kampaniyaları təşkil edilir, xüsusi təlim proqramları, seminarlar həyata keçirilir".

Qurumun məlumatına görə, Azərbaycanın rəqəmsal hökumətə keçid istiqamətində həyata keçirdiyi tədbirlər gələcək üçün də böyük əhəmiyyət kəsb edir: "Əsas hədəf rəqəmsallaşma vasitəsilə cəmiyyət, biznes və dövlət arasında daha dərin əlaqə qurmaq, ölkədə rəqəmsal mədəniyyəti formalaşdırmaq və hər bir şəxsin texnologiyalardan faydalanmasını təmin etməkdir. Bu yanaşma, sadəcə idarəetmədə çeviklik deyil, həm də yeni nəsil texnologiyalarla Azərbaycanın beynəlxalq rəqəmsal ekosistemə inteqrasiyasını sürətləndirmək məqsədini daşıyır".

Bu transformasiya özlüyündə ciddi islahatlara yol açacaq

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyir ki, bu transformasiya ciddi islahatlara yol açacaq: "Bu keçid idarəetmədə çeviklik, şəffaflıq və operativlik baxımından mühüm üstünlüklər vəd edir. Kağız daşıyıcılar vasitəsilə aparılan fiziki proseslərin azalması, dövlət xidmətlərinin elektron platformalar üzərindən göstərilməsi bürokratik maneələri aradan qaldıracaq, nəzarət mexanizmlərini avtomatlaşdıracaq, ekoloji baxımdan da müsbət nəticələr doğuracaq. Eyni zamanda, rəqəmsal idarəetmə böyük həcmli məlumatların daha effektiv təhlilinə, süni intellekt və analitika vasitəsilə daha optimal qərarların qəbuluna imkan verəcək".

Kibertəhlükəsizlik də diqqət mərkəzində saxlanmalıdır

Mütəxəssisin sözlərinə görə, rəqəmsal hökumətə keçid təkcə texniki yeniliklərdən ibarət deyil: "Vətəndaşların yeni sistemə uyğunlaşması üçün geniş maarifləndirmə və təlim proqramlarının həyata keçirilməsi vacibdir. Eyni zamanda, kibertəhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılmalıdır ki, rəqəmsal ekosistem mümkün risklərdən qorunsun. Bundan əlavə, bu transformasiya qanunvericiliyin də dinamik inkişafını tələb edir. Rəqəmsal idarəetməyə keçid zamanı hüquqi bazanın operativ yenilənməsi, elektron imza, rəqəmsal identifikasiya, məlumat təhlükəsizliyi və süni intellektin tətbiqi ilə bağlı yeni hüquqi çərçivələrin formalaşdırılması zəruridir. Qanunvericiliyin bu sahədə çevik şəkildə inkişafı və uyğunlaşdırılması rəqəmsal hökumətin effektivliyini və hüquqi dayanıqlığını təmin edəcək. Ümumilikdə, kağızdan imtina və rəqəmsal texnologiyalara əsaslanan dövlət idarəçiliyi Azərbaycanın innovativ gələcəyinə doğru atdığı ən vacib addımlardan biridir. Bu prosesin uğurlu olması üçün dövlət, biznes və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Mart 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri