Icma.az
close
up
RU
İdarə rəisi: Orduda kibertəhlükəsizlik üzrə gündəlik monitorinq aparılır

İdarə rəisi: Orduda kibertəhlükəsizlik üzrə gündəlik monitorinq aparılır

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Ordusunda İnformasiya texnologiyaları şəbəkələrinin kibertəhlükəsizliyi üçün gündəlik monitorinqlər aparılır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinə təşkil etdiyi mediaturda nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov deyib.

Mediatur zamanı idarə rəisi Azərbaycan Ordusunun, eləcə də nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin son 6 aylıq fəaliyyəti ilə bağlı məlumat verib.

O bildirib ki, bu ilin birinci yarımilində Azərbaycan və digər ölkələrin iştirakı ilə 14 beynəlxalq təlim keçirilib:

“Sözügedən dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində xidmətə çağırılan 4 min 600-dən çox hərbi vəzifəlilər təlimlərə cəlb edilib. Bu ilin birinci yarımilində şəxsi heyət beynəlxalq seminar, təlim və kurslara cəlb olunub. Azərbaycan Ordusunda kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın, eləcə də informasiya təhlükəsizliyinin artırılması məqsədi ilə nazirliyin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissələrdə mütəmadi tədbirlər keçirilib. Ordumuzun mərkəzləşdirilmiş İnformasiya texnologiyaları şəbəkələrinin kibertəhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gündəlik monitorinq və hadisələrin analizi aparılır”

Anar Eyvazov deyib ki, elektron xidmətin vətəndaşlara əlçatanlığı, məlumatların ötürülməsi və emalı zamanı xüsusi proqram, texniki vasitələrin köməkliyi ilə kibertəhlükələrə qarşı qabaqlayıcı tədbirlər görülür. Həmçinin idarə rəisi bildirib ki, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı mühəndis tədbirləri icra olunur.

“Müdafiə Nazirliyi Azərbaycana əleyhinə aparılan dezinformasiya qarşı mübarizədə media subyektləri ilə birgə fəaliyyət göstərib. Bu sahədə media subyektlərinin və nümayəndələrinin fəaliyyətini alqışlayıram. Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək. Biz daim media nümayəndələri ilə əlaqədəyik. Bəzən göndərilən sorğuların operativ cavablandırılması mümkün olmur. Bu da informasiyanın dəqiqləşdirilməsi və media nümayəndələrinə daha dəqiq məlumatın verilməsi ilə bağlıdır”, - deyə Anar Eyvazov bildirib.

Sonra tədbirdə Vətən Müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları media nümayəndələrinə müsahibə veriblər.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, çavuş Zaman Nurəddinov deyib ki, Azərbaycan Xalqı Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının növbəti ildönümünü hər il olduğu kimi, bu il də təntənə ilə qeyd edir:
“Bütün dünya azərbaycanlıları torpaqlarımızın Ermənistanın işğalından azad olunmasından böyük qürur hissi keçirir. Bu il həm də əlamətdar hadisələrlə zəngindir. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası ilə nəticələnən Vətən müharibəsinin 5-ci ildönümü və antiterror əməliyyatı da daxil olmaqla postmüharibə dövründə ordumuzun qələbə ilə yekunlaşdırdığı "Qisas", "Fərrux, "Qətiyyətli cavab" əməliyyatlarının da ildönümləri qeyd olunacaq. Həmçinin ölkə Prezidentinin sərəncamı ilə bu il "Suverenlik və Konstitusiya" ili elan edilib və bununla əlaqədar bütün ölkə ərazisində müxtəlif silsilə tədbirlər keçirilir və ordumuzun ünvanına xoş sözlər deyilir. Qürurluyuq ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu müasir ordu quruculuğu prosesi Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam edir”.

Hərbi qulluqçu Vətən Müharibəsində iştirak etməsi ilə fəxr etdiyini deyib:

“Fəxr edirik ki, döyüşlərdə qalib gəldik, torpaqlarımız azad edildi və soydaşlarımızın yurd yerlərinə qayıtması təmin olundu. Düşməndən qorxmadan, inamla irəliləyirdik. Düşmənə qalib gəldikcə, şəhər və kəndlərimizi azad etdikcə, onu torpaqlarımızdan qovduqca ruh yüksəkliyimiz daha da artırdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyinə və xalqın dəstəyinə inamımız sonsuzdur, bu səbəbdən də qalib gələcəyimizə əmin idik. İşğalçı Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun qüdrəti və xalqın qətiyyəti qarşısında tab gətirmədi. Zəbt etdiyi mövqelərindən qovuldu, işğal altında olan torpaqlarımızdan çıxmağa məcbur oldu”.

Çavuş Səddam Əsmətov deyib ki, o, Vətən müharibəsinin iştirakçısıdır:

“Vətən müharibəsi zamanı hər günü qələbə əzmi, vətən sevgisi ilə vuruşduq, addım, addım böyük qələbəyə yaxınlaşırdıq. Qanımızı əsirgəmədən ancaq vətənimizin azadlığını düşündük. Ali Baş Komandanın döyüş əmrini icra edərək xalqımızın arzusunu təmin etdiyimizə və yurd həsrətinə son qoyduğumuza görə fəxr edirik. Bu gün də Ali Baş Komandanın qayğısının və xalqın dəstəyinin bizə verdiyi əlavə güc və inam sayəsində yenə də vətənimizin keşiyində dayanırıq, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq. Artıq vətən torpaqları tam ordumuzun nəzarətində, xalqımızın ixtiyarındadır. Tarixən bizim olan bu torpaqlar artıq əbədiyyən azaddır, soydaşlarımız ordumuza güvənərək azad edilmiş torpaqlarımızda şad, firavan yaşayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 İyun 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri