Icma.az
close
up
RU
“İdeal hakimlik yoxdur” Ceyhun Haşımov

“İdeal hakimlik yoxdur” Ceyhun Haşımov

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabahın Ulduzları” turnirinin bürünc medallar uğrunda görüşləri keçirilib.

Matçlardan əvvəl hakim-inspektor Ceyhun Haşımov “Futbolpress.az“ın suallarını cavablandırdı:

– “Sabahın Ulduzları” turniri artıq yekunlaşmaq üzrədir. Təşkilatçılıq və oyunların səviyyəsi barədə təəssüratlarınız necədir?

– İlk növbədə, bu gözəl yarışı təbliğ etdiyiniz üçün mediaya təşəkkür edirəm. Xüsusilə matçların canlı yayımlar vasitəsilə işıqlandırılması futbolumuza böyük dəstəkdir. Bu, həm meydana çıxan uşaqlara, həm də idarəçilik edən hakimlərə stimul verir. “Sabahın Ulduzları” əvvəl də keçirilmişdi, lakin belə geniş miqyasda və yüksək səviyyədə təşkil olunmamışdı. Təşkilatçılara və rəhbərliyə təşəkkür edirəm. Bəzən inspektor kimi oyunlara gələndə özümü peşəkar futbol liqasının matçındakı kimi hiss edirəm. Hər bir detal xırdalığına qədər nəzərə alınıb. 14-15 yaşlı uşaqların göstərdiyi baxımlı futbol da məni sevindirir. Zamanında böyük çətinliklərlə keçirilən turnirlərdən məşhur futbolçularımız yetişdiyi kimi, inanıram ki, bu meydançalardan da gələcəyin tanınmış simaları çıxacaq.

– Turnir həm də gənc referilər üçün bir növ məktəb rolu oynayır. Onların inkişaf prosesini necə qiymətləndirirsiniz?

– Çox doğru vurğuladınız. Ötən illərdə bu turnirdə addım atan gənclərin bir çoxu hazırda Premyer Liqada idarəçilik edir, hətta FİFA dərəcəsi alıb. Ənənə davam edir. Bəzi gənc hakimlər yeni kurs bitiriblər və ilk ciddi təcrübələrini məhz burada qazanırlar. Futbol ictimaiyyəti bəlkə də onların adını hələ tanımır, amma tezliklə mötəbər turnirlərdə görəcəklər. Bura bizim üçün də kəşflər meydanı oldu. Artıq bilirik ki, hansı referi ilə hansı istiqamətdə iş aparmaq lazımdır.

– Hakim-inspektorlarının bu turnirə cəlb olunması inkişaf prosesinə necə təsir göstərir?

– “Sabahın Ulduzları” tarixində ilkdir ki, oyunlara xüsusi hakim-inspektorlar təyin olunur. Biz hər oyundan sonra AFFA Hakimlər Komitəsinin rəhbərliyinə rəsmi raport təqdim edirik. Rəhbərlik də oyunları diqqətdə saxlayır, “YouTube” üzərindən izləyir. Vaxtilə Fariz Yusifov, Vüsal Əliyev, Anar Salmanov, Babək Quliyev kimi, daha sonra Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov və bugünkü Elçin Məsiyev, Kamal Umudlu, Tural Qurbanov kimi ədalət təmsilçilərinin davamçıları məhz bu cavanlar olacaq.

– İdarəçilik zamanı səhvlər qaçılmazdır. Gənc hakimlərin xətalarına reaksiyanız necə olur?

– Əgər desək ki, heç kim səhv etmir, bu qeyri-səmimi olar. Səhv insan amilinin və inkişafın təbii hissəsidir. Dünyanın heç bir yerində ideal referilik yoxdur. Əsas məsələ həmin səhvlərdən düzgün nəticə çıxarmaqdır. Matç bitdikdən sonra hakimlər otağında videoanaliz edirik, epizodları tək-tək izah edirik.

– Onlardan konkret olaraq nə tələb olunur?

– Biz onlardan fövqəltəbii heç nə gözləmirik, sadə və düzgün hakimlik tələb edirik. Təhlilləri həm kollektiv, həm də ehtiyac olduqda fərdi qaydada aparırıq. Gənclərimiz həvəslidir, dinləməyi və nəticə çıxarmağı bacarırlar. Çempionatın əvvəlində gördüyümüz xətalar son turlara doğru minimuma endi. Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovla da müzakirələrimizdə idarəçiliyin daha stabil xarakter aldığını, mütəxəssislərin də bunu müsbət qiymətləndirdiyini görürük.

– Bu turnirdə matçlar demək olar hər gün keçirilir. Sıx qrafik hakimlərə çətinlik yaratmır ki?

– Komandaların qrafiki sıx olsa da, prosesə kifayət qədər gənc referi cəlb etmişik. Onların bərpa olunması və dincəlməsi üçün lazımi şərait və vaxt var. Yəni fiziki və ya psixoloji gərginlik baxımından heç bir problem yaşanmır.

– Bəs gənc futbolçuların meydandakı davranışları və yeni qaydalara uyğunlaşması nə yerdədir?

– DÇ-2026-dan sonra oyun qaydalarına əlavə olunan vaxt artırmaları və bərpa prosesləri ilə bağlı yenilikləri burada da tətbiq etməyə çalışdıq. İllərin təcrübəsi göstərir ki, gənclər yeniliklərə tez adaptasiya olunurlar. Paltardəyişmə otağında hakimlər və təşkilatçılar qaydaları onlara ətraflı izah edirlər.

– Meydanda emosiyalar yüksələndə gərginliyi necə idarə edirsiniz?

– Xırda qarşıdurmalar futbolun ayrılmaz hissəsidir, emosiyasız futbol olmur. Lakin referilərimizə xüsusi tapşırığımız var. Onlar uşaqların qarşısında həm hakim, həm də müəllim kimi çıxış etməlidirlər. Sərt və radikal qərarlarla gənc oyunçuları futboldan soyutmaq olmaz. Onlarla öz dillərində, təmkinlə danışmaq lazımdır. Yuxarı tonla danışmaq uşağın psixologiyasına mənfi təsir edə bilər. Təbii ki, həddi aşan intizamsızlıq olarsa, sarı və qırmızı vərəqələrə əl atılmalıdır, amma əsas məqsəd maarifləndirməkdir.

– Yaxın günlərdə ölkəmizdə daha bir mühüm futbol tədbiri gözlənilir. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, bir neçə gündən sonra ölkəmizdə böyük bir futbol bayramı, yəni U-15 Dünya Çempionatı və Festivalı start götürəcək. Bu, Azərbaycan üçün böyük fürsətdir. Milli komandalar ölkəmizdə mübarizə aparacaq, gənc hakimlərimiz isə bu oyunları idarə edəcəklər.

– Bu turnirin hakimləri də həmin mötəbər yarışa cəlb olunacaq?

– Bəli, hazırda burada təcrübə toplayan gənc hakimlərimiz dünya çempionatının matçlarında da idarəçilik edəcəklər. Bu, onlar üçün böyük təcrübədir. Ölkəmizdə futbola göstərilən diqqət və qayğının nəticəsidir ki, belə turnirlər bizə həvalə olunur. Biz sadəcə bu imkanlardan maksimum yararlanmalıyıq.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 Sentyabr 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri