Icma.az
close
up
RU
İdeoloji işğalçıların yeni və köhnə əlaltıları

İdeoloji işğalçıların yeni və köhnə əlaltıları

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çağdaş dünyamız çox mürəkkəbdir. Daha dəqiq ifadə etsək, müəyyən siyasi məkrli qüvvələr özünün indiki və gələcək missioner maraqları naminə formalaşmaqda olan yeni dünya düzəninin sağlam münasibətlər müstəvisi qurulmasına çalışan güclərə mane olmaq üçün bütün mümkün variantlara əl atırlar.

Dünyada hazırda "xeyirlə şərin mübarizəsi" gedir və "qara qüvvələr" müxtəlif ölkələrə çox ideoloji silahlarla, bu yöndə fərqli texnologiyaların tətbiqi ilə nüfuz etmək istəyirlər.

İnformasiya cəbhəsində ağlasığmaz taktikalar tətbiq edirlər, "beyinyuma əməliyyatları"nı proqnozlaşdırıla bilən, bəzən isə gözlənilməz qruplarda həyata keçirirlər.

Zaman-zaman şahidi olmuşuq ki, ideoloji proseslərdə əsasən siyasi təşkilatlar və QHT-lər əsas partnyor seçilir. Həmçinin bəzi xarici missioner media orqanları ilə əməkdaşlığa cəlb edilmiş jurnalistlərdən də belə proyektlərdə istifadə olunub.

Bəllidir ki, yaxın və uzaq illərdə Azərbaycana qarşı bu cür ideoloji "müharibəyə" cəlb edilmiş bir sıra siyasətçilər, QHT və media təmsilçiləri ifşa olunublar, qanunsuz əməllərinə görə cəzalandırılıblar.

Ötənlərdə - Qarabağ işğalda olarkən dövlətimizin əleyhinə aparılan belə təxribatların əsas məqsədi cəmiyyətdə təslimçi sülh əhvali-ruhiyyəsi yaratmaq, vətənpərvərliyi zəiflətmək idi. Ancaq dövlətimiz buna imkan vermədi...

Qarabağ azad edildikdən, dünyanın əsas gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşandan sonra gözlənilən idi ki, anti-Azərbaycan qüvvələr fərqli taktikalarla cəmiyyətimizdə təfriqələr, təxribatlar yaratmağa çalışacaqlar. Bunun elementləri çoxdandır sezilir.

Növbəti mərhələdə deyəsən, qeyri-sağlam, xəstə təmayüllü, 30 ildə mutasiyaya uğramış halda mövcudluğunu davam etdirən siyasi dərnəklərlə işləməyə üstünlük verilir...

Çağdaş dünyamızda Azərbaycan sağlam siyasi münasibətlər, sabitliyə töhfə verən dövlətlərdən biri kimi tanınır. Postpandemiya və postmüharibə dövründə rəsmi Bakının apardığı siyasət onunla nəticələnib ki, ölkəmiz qlobal siyasətdə xüsusi çəkiyə malikdir, ortaq güc kimi çıxış edir.

Dövlətin ali rəhbərliyinin həm xarici, həm də daxili siyasəti şəffaf prinsiplər üzərində qurmasının əməli, praktiki nümunələri ortadadır.

Dünyanın bütün qütbləri Azərbaycanı məhz dürüst, sabit, sağlam mövqeli dövlət kimi qəbullanıb.

Təbii, dünyada eybəcər güclər də var və onlar da Azərbaycanda məhz özlərinə oxşayanlarla əlaqələr qurmağa çalışırlar.

Təəssüf ki, ötən 30 ildə özlərini hökumətin müxalifəti sayan bəziləri sağlam, dürüst bir yolla addımlamağı, sabitliyə töhfə verməyi yox, prioriteti çaxnaşmalar yaymaq olan xarici təsir dairələrinin əlaltısı kimi fəaliyyətlərini davam etdirməyi seçiblər.

Bu cür radikal müxalif dairələr istənilən mənbədən ötürülən vəsaitləri qəbul edir və beləliklə missioner ideoloji silahların "patronu", gilizi olmağa razılıq verirlər...

Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə ərazi bütövlüyünü, suverenliyini və azı 100 illik separatizm problemini kökündən həll etdi.

Bunun ardınca dünyada müxtəlif istiqamətlər üzrə, xüsusən türk dünyasına qarşı icrasına start verilmiş ideoloji suverenlik basqını (başqa sözlə, ideoloji işğal) missiyaları vüsət alıb...

Bu kontekstdə öncə onu qeyd edək ki, bütövlükdə türk dünyasına qarşı yönəldilmiş FETÖ illər öncə çökdürüldü, Azərbaycanın daxilinə yerləşdirilmiş "bombalar" da təmizləndi.

Amma ideoloji düşmənlər heç vaxt yatmır, yeni "bosslar", əlaltılar və xəritələr yaradırlar. Daha dəqiqi, zaman-zaman yetişdirdiklərini üst müstəviyə çıxarmağa çalışırlar.

Bugünlərdə Türkiyədə sabiq İstanbul bələdiyyə sədri Ekrem İmamoğluna qarşı "casusluq" ittihamı ilə aparılan istintaq bir daha təsdiqlədi ki, yeni ideoloji mübarizələr nə cür şaxələndirilib.

Bəllidir ki, istintaq sənədlərində adı keçən Hüseyn Gün 2005-ci ildə ABŞ-də "Freedom LLC" adlı qurumun yaradılmasında iştirak etdiyini etiraf edib.

Onun sözlərinə görə, bu qurum vasitəsilə "Azərbaycanın demokratikləşməsi" adı altında bəzi siyasətçilərə, o cümlədən Müsavat Partiyasının sədri olmuş İsa Qəmbərə də maliyyə dəstəyi göstərilib.

Burada bir haşiyə çıxaq: Azərbaycanda ideoloji "işğal" məqsədilə xaricdən siyasi müxalifətə və onların ətrafındakı QHT-lərə, media nümayəndəsi qiyafəsində olan şəxslərə böyük vəsaitlər ötürülürdü. Bu qanunsuzluqların qarşısı ötən illərdə əhəmiyyətli dərəcədə alınıb.

Ancaq yenə də bu işlərə cəlb olunmuş şəxslər var və müxtəlif vasitələrlə Gürcüstan və digər ölkələr üzərindən pul vəsaitlərini qaçaqmalçılıq yolu ilə gətirirlər.

İndi üzə çıxıb ki, Əkrəm İmamoğlu və onun yaxın çevrəsi də Azərbaycan müxalifətinə, konkret Müsavat partiyasına ideoloji savaşa hesablanmış vəsaitlər ötürüblər.

Siyasətdə heç nə təsadüfi olmur. Məsələn, 2019-cu ildə İmamoğlu bələdiyyə başqanı seçilərkən, həbs olunduğu ərəfədə nədən onun Müsavat, AXCP tərəfindən cani-dildən dəstəklənməsinin sirləri, səbəbi də artıq tam açılmış sayıla bilər.

Məsələn, 2019-cu il seçkilər zamanı, 2025-ci ilin martında İmamoğlu həbs edilərkən Müsavat rəhbərliyinin - İsa Qəmbərin, Arif Hacılının, AXCP rəhbərliyinin - Əli Kərimlinin, onun ətrafındakı funksionerlərin sosial şəbəkələrdə yazdıqları dəstək statuslarına diqqət edin. Deməli, bunlar İmamoğlu ilə eyni bir missioner dairədə xeyli öncələrdən təmsil olunublar, xarici təsir dairələri də aşağı-yuxarı eynidir.

İndi istintaq açıqlamalarından sonra bu adamların "İmamoğlu ilə əlaqəmiz olmayıb" demələri gülüş doğurur: Bəs onu niyə dəstəkləyirdiniz?!

Siyasətdə təsadüfi heç nə olmur və AXCP, Müsavat kimi təşkilatlar maliyyəsini almadıqları hansısa subyekti heç zaman dəstəkləməzlər, boş-boşuna müdafiə etməzlər. Buna təkcə dolanışıq yeri kimi baxmırlar, eybəcər, antimilli siyasi ideoloji xətlərə qoşulmaqla siyasi mövcudluqlarını davam etdirməyi bir kurs seçiblər.

Yeri gəlmişkən, Müsavat öz korporativ maraqlarını milli maraqlardan, xalqımızın dəyərlərindən üstün tutmasını hələ 2008-2009-cu illərdə - LGBT-nin dəstəkləməyi əsas missiyası hesab edən Avropa üçün Liberallar və Demokratlar İttifaqına qoşularkən isbat etmişdi.

İndi daha eybəcər mahiyyət alıblar: Harada Azərbaycan dövlətinə, ideoloji suverenliyimizə təhdid nöqtəsi var, o daşların altından Müsavat, AXCP çıxır.

Azərbaycanda "feminizm" adı altında bir çevrə var, böyük əksəri Müsavat və AXCP-nin ətrafında, onların çətiri altında mövcud olanlardır.

Eynilə də müharibə zamanı ürək bulandıran "no war"çılar da bu dairədə cövlan edirlər.

İsa Qəmbərin Kanadaya sığınmış oğlu İlkin Qəmbərin gah LGBT-ni müdafiə etməsi, gah ermənilərin Azərbaycana qarşı filmlərini təbliğ etməsi də daim xatırlanacaq məsələlərdəndir...

Dünyada qəbul olunmuş bir norma var: özünü siyasi sistemdə hesab edən şəxs, siyasi təşkilat xalqın, dövlətin strateji maraqlarına, mənafelərinə, milli kimliyinə, dəyərlərinə zidd layihələrdə yer alırsa, mütləq fəaliyyəti sonlandırılır. Bu cür ifşalar, faktlar qarşısında qaldığı halda AXCP və Müsavat bu haqda özü düşünməlidir. Yox, əgər belə "ideoloji işğal" missiyalarının əlaltısı olmaqda davam edəcəklərsə, təbii ki, buna görə həm qanun və xalq qarşısında, həm tarix qarşısında cavab verməli olacaqlar.

Elşad MƏMMƏDLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri