IDF “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) Livan ərazisində “Hizbullah” qruplaşmasına məxsus raket buraxılış məntəqələrinə qarşı yeni hava hücumlarına başladığını elan edib.
“Qafqazinfo” ordunun rəsmi teleqram kanalına istinadən xəbər verir ki, əməliyyatın hədəfi qruplaşmanın atəş gücünü sıradan çıxarmaqdır.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” raketlərini hədəf almağa başlayıb”, – deyə mətbuat xidmətinin yaydığı qısa məlumatda bildirilir.
Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların başlaması gözlənilir. Livan cəbhəsindəki gərginliyin həmin danışıqların gedişatına necə təsir edəcəyi dünya birliyinin diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 10 Aprel 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















