Icma.az
close
up
RU
İdman kəndi daha güclü edir

İdman kəndi daha güclü edir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ulu öndər Heydər Əliyev Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının bütün dünyadakı nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin zəruriliyinə daim diqqət edib deyirdi: “Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun”.

Hazırda bütün dünyada idmanın kütləviliyinin əsası qazanılan medallarla, xüsusilə də qızıl medallarla ölçülür. Olimpiya oyunlarında ölkələrin sıralanması qazanılan ümumi medalların sayı ilə deyil, qızıl medalların sayı ilə tərtib edilir. Dünyada çox sayda və müxtəlif növdə olan idman yarışlarında qazanılan fəxri adlar və mükafatlardan yalnız “Olimpiya çempionu” adı əbədi saxlanılır və bu ada “eks” sözü əlavə olunmur.

Müasir dövrdə idmanın inkişafı, yalnız fiziki aktivliyin artması ilə deyil, həm də sosial, iqtisadi və mədəni aspektlərlə bağlıdır. Bu istiqamətdə yüksək nəticələrə daha qısa müddətdə nail olmaq üçün  kənd idman sektorlarının inkişafına diqqəti  artırmaq və onun inkişaf perspektivlərinin axtarışına daha çox  önəm vermək lazımdır. Hələ, 1965-ci ildə Azərbaycanın dünyaca məşhur futbol hakimi Tofiq Bəhramov yazdığı “Kənddə futbol” kitabında kənd futbolunun  inkişafını, gənc istedadların yetişməsini və özünün bu prosesdəki rolunu vurğulayırdı. T.Bəhramov sübut etməyə çalışırdı ki, kütləvi idmanın inkişaf yolu kəndlərdən keçir. Kütləvi idmanda  kəndlərin rolu böyükdür. Ancaq kiçik kənd və qəsəbələrdə idmanın inkişafı yolları  nadir hallarda araşdırılır.

Kəndlərdə idmanın inkişafını araşdırarkən bir çox nüansa fikir verilməlidir. 1. Fiziki bacarıqlar: yerli əhalinin genetik xüsusiyyətləri, onların fiziki bacarıqlarına təsir edə bilər.  2. İqlim və coğrafi şərait: coğrafi ərazinin iqlimi və mühiti də idman növlərinin inkişafına təsir edir. Məsələn, dağlıq bölgələrdə yaşayan insanlar dağ idmanları, yürüş və ya alpinizm ilə daha çox məşğuldurlar. 3. Mədəniyyət və ənənə: yerli mədəniyyət, müəyyən idman növlərinin inkişafına təsir edə bilər. 4. Yerli idman infrastrukturu: coğrafi ərazidəki idman infrastrukturu və təhsil imkanları əhalinin idman fəaliyyətlərinə yönəldilməlidir. 

Azərbaycanda kənd və qəsəbələrdə  idmanla məşğul olmaq üçün kifayət qədər şərait yaradılmayıb. Ölkədə 4447 orta məktəbdən 1400-ü kənd məktəbidir. Bu onu göstərir ki, kənd yerlərində bəzi məktəbləri cıxsaq, demək olar ki, idman qurğuları yetəri sayda deyil. İdmanla  məşğul olanların sayı 2023-cü ildə 402 min 408 nəfər olub ki, bu  da 2018-ci illə müqayisədə təxminən 37 min nəfər azdır. İdman qurğularının hamısı rayon mərkəzlərində quraşdırıldığından kəndlərdə və qəsəbələrdə demək olar ki, yoxdur.

Müasir dövrdə fiziki tərbiyə və idman öz aktuallığını qoruyub saxlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013–2023-cü illəri əhatə edən İnkişaf Strategiyası və 2016–2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012–2020-ci illəri əhatə edən Milli Strategiya və Dövlət Proqramı həyata keçirilib.

Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Buna görə də, Prezident İlham Əliyev çıxışında gənclərin fiziki cəhətdən güclü olmalarının vacibliyinə toxunaraq qeyd edib ki, “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

Bəzi kəndlər şəhərlərə yaxın yerləşdiyindən orada yaşayanlar idman komplekslərinə gedə bilirlər. Ancaq ucqar kəndləri də düşünmək lazımdır. Ona görə kənd idmanının inkişafı üçün xüsusi proqram tərtib edilməlidir. Ucqar kəndlərdə yaşayanlar üçün bölgəyə uyğun idman qurğuları tikilməli, yarışlar keçirilməlidir. “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi bu sahədə uğurlu addım sayıla bilər. İsmayıllı rayonunda futbola sonsuz maraq göstərən Hacıhətəmli və Mollaisaqlı kənd məktəblilərinin iştirakı ilə keçirilən  idman tədbirində futbola marağı artırmaq məqsədi ilə oğlan və qızlardan ibarət 50 məktəbli  uşağa idman geyimləri və futbol topları şagirdlərə  hədiyyə olunub. “Yelo Bank” işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində baş tutmuş həmin layihəyə dəstək olub. Kənd bankın layihə üzrə dəstək olduğu ilk kənd oldu. Layihənin ölkəmizin digər bölgələrində də həyata keçirilməsi planlaşdırılıb. 

Azərbaycan  kəndlərində fərdi idman növlərini kütləvi inkişaf etdirmək üçün ictimai şüurda düzgün formalaşdırılması və geniş izahatların aparılması, bu yönumdə maliyyələşmənin təmin edilməsi, kənd idmanını ilkin olaraq yalnız milli ənənəsi güclü və yarış nəticələrinin yüksək olduğu idman növləri istiqamətində inkişaf etdirilməsi lazımdır. Hər kəndə fərdi yanaşma yönümündən proqramların təqdimatı, yerli hakimiyyət orqanlarının bu məqsədlərə xüsusi diqqəti, əhalinin kütləvi idman tədbirləri və yarışlarına xüsusi təşviqat və təbliğat vasitələri ilə cəlb edilməsi, peşəkar kadr təminatında  həvəsləndirici və cəlbedici qərarların verilməsi mütləqdir. Regionlardan olan uğurlu idmançılar və olimpiyaçıların öz rayonlarında fanat klubu  yaratması və onlarla təmasda olması, digər kəndlərdə və hətta, ən ucqar kəndlərdə idmanın inkişafının təbliğinin gücləndirilməsi kənd idmanının inkişafına təkan verər.

Vasif ƏHƏDOV,
Azərbaycan İdman Akademiyasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri