Icma.az
close
up
RU
İdman zallarında treynerlərə nəzarət niyə vacibdir?

İdman zallarında treynerlərə nəzarət niyə vacibdir?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə Azərbaycanda idman zallarının sayı sürətlə artır. Sağlam həyat tərzinə maraq, fit görünmək arzusu və idmanın gündəlik həyatın bir parçasına çevrilməsi bu zalları insanların sevimli məkanına çevirib. Amma bir məsələ diqqətdən kənarda qalır. Zallarda çalışan treynerlərin peşəkarlığına və fəaliyyətinə real nəzarət mexanizmi varmı?

Çox vaxt treyner adı altında işləyən şəxslərin idman təhsili və ya sertifikatı belə olmur. Onların düzgün olmayan yanaşmaları nəticəsində idmansevərlər nəticə qazanmaq əvəzinə sağlamlıqlarını risk altına atırlar. Qaldırılan ağır çəkilər, yanlış hərəkət texnikaları, bədənin gücündən artıq yüklənməsi bütün bunlar ciddi xəsarətlərə səbəb ola bilər.

Əslində, treyner yalnız hərəkəti göstərən şəxs deyil, həm də sağlamlıq və təhlükəsizlik baxımından məsuliyyət daşıyan bir mütəxəssisdir. Onun işi yalnız bədən formalaşdırmaq deyil, həm də idmançının həyat tərzini düzgün istiqamətləndirməkdir. Buna görə də treynerlik fəaliyyəti ciddi nəzarət tələb edir.

İctimai iaşə və təhsil sahələrində olduğu kimi, idman zallarında da lisenziyalaşdırma və sertifikatlaşdırma sistemi gücləndirilməlidir. Hər bir treynerin tibbi biliklərə malik olması, ilk yardım göstərməyi bacarması və müvafiq peşəkar hazırlıqdan keçməsi qanunvericiliklə tənzimlənməlidir.

Bundan başqa, müştərilərin hüquqlarını qoruyan mexanizmlər də işləməlidir. İnsan idman zalına ayaq basanda əmin olmalıdır ki, qarşısındakı treyner təsadüfi biri deyil, məsuliyyət daşıyan peşəkar mütəxəssisdir. Zallar da yalnız qazanc düşünməməli, insan sağlamlığını birinci yerə qoymalıdır.

Əks halda, bu gün forma uğrunda edilən məşqlər sabah minlərlə gəncin sağlamlıq problemlərinə yol açacaq. Biz isə sağlam gənclik yetişdirəcəyimiz yerdə, idman zallarını xəstəlik mənbəyinə çevirəcəyik.

Nəzarət mexanizmi həm dövlət, həm də cəmiyyət üçün vacibdir. Sağlam bədən, sağlam gələcək deməkdir. Və bu gələcəyin təməli düzgün idarə olunan idman mühitindən keçir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri