Icma.az
close
up
RU
Sosioloq: İdman zallarında və istirahət məntəqələrində tibbi personalın mövcudluğu vacibdir

Sosioloq: İdman zallarında və istirahət məntəqələrində tibbi personalın mövcudluğu vacibdir

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Avropanın bir çox ölkələrində qaydalar mövcuddur. İdman zallarında qeydiyyatdan keçərkən insanların sağlamlıq arayışı tələb olunur. Bəzi idman zallarında və hətta tibbi mərkəzlərdə məntəqələr fəaliyyət göstərir və orada kardioqramma aparılır. Bundan əlavə, insanların digər sağlamlıq göstəriciləri də yoxlanılır və həmin idman zallarında yoxlamalar yalnız bir dəfə ilə məhdudlaşmır. Hər ay ağır idmanla məşğul olan şəxslərin ürək-damar sistemi ciddi şəkildə yoxlanılır və onlara məşqlərini hansı formada davam etdirmələri tövsiyə olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib. 
O bildirib ki, xüsusən üzgüçülük və saunalarda fəaliyyət göstərən şəxslər xüsusi nəzarət altında olmalı və yoxlamadan keçməlidirlər:
"Arayışdan əvvəl bu məntəqələrin, böyük idman zallarının özündə həkimlər fəaliyyət göstərməlidir. Düzdür, bəzi idman zallarında artıq həkimlər var və istənilən şəxs orada öz sağlamlıq vəziyyətini yoxlada bilir. Ancaq yalnız təzyiq ölçmək kifayət deyil, ümumiyyətlə, ağır idmanla məşğul olanların hər ay tam yoxlamadan keçməsi təmin edilməlidir. Kiçik idman zalları da olsa, orada həkimlər tərəfindən arayışın təmin edilməsi mütləqdir. Bu gün ölkəmizdə gənc uşaqlar və yeniyetmələr ağır fiziki məşqlərə maraq göstərirlər və məşqiçilər onların sağlamlıq durumuna zərər verə biləcək hər hansı fəaliyyətə icazə verməməkdə məsuliyyət daşıyırlar. Onlar öz sağlamlıqları ilə bağlı xüsusi arayışa malik olmalıdırlar".
Onun sözlərinə görə, pandemiyadan sonra insanların sağlamlıq vəziyyətində müəyyən dəyişikliklər müşahidə olunub:
"İnsanlar bəzən təbii qidalardan daha çox süni və qablaşdırılmış qidalara üstünlük verirlər ki, bu da ürək-damar sisteminə təsir göstərir. Sosial və həyat tərzi faktorları, xüsusən də gənclərin məşq və istirahət vərdişləri ağır idmanlarda müəyyən fəsadların yaranmasına səbəb ola bilər. Buna görə bu kimi məsələlər ciddi nəzarət altında olmalıdır.İdman zallarında və istirahət məntəqələrində tibbi personalın mövcudluğu vacibdir. Uzaq səfərlərdə, regionlarda və dəniz sahilindəki istirahət yerlərində insanların sağlamlığı üçün belə məntəqələr olmalıdır. Hər bir istirahət köşəsində tibbi məntəqənin olması, həm yerli sakinlər, həm də xarici qonaqlar üçün təhlükəsizliyi təmin edir. Bu həmçinin həkimlər üçün yeni iş imkanları yaradır.Regionlarda, uzaq yollarda səfər edənlər üçün yanacaq doldurma məntəqələrində də daimi tibbi məntəqələr fəaliyyət göstərməlidir. Bu, xüsusilə yaşlı insanlar, uşaqlar, qadınlar və qəfil tibbi yardıma ehtiyacı olan şəxslər üçün çox vacibdir. Mən razıyam ki, bu məntəqələrdə mütləq tibbi personal olmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri