İdmançımız Avropa ikincisi oldu Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya və Avropa çempionu Fuad Zeynalov Şimali Makedoniyanın Skopye şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında Masterlər kateqoriyasında, 94 kq çəki dərəcəsində çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, o, yarışda finala vəsiqə qazanıb.
Finalda isə israilli rəqibinə aldığı xəbərdarlıqla məğlub olan F.Zeynalov gümüş medalla kifayətlənib.
İdmançı özü də bu barədə sosial şəbəkədə paylaşım edib və o, hədəfinin çempionluq olduğunu bildirib: “Əlbəttə, hədəfim çempionluq idi. Lakin bu nəticənin arxasında aylarla davam edən zəhmət, intizam, iradə və böyük əzm dayanır. Bu təcrübə mənim üçün növbəti hədəflərə aparan daha bir mühüm mərhələdir.
Bu yolda mənə inanan, dəstək olan və hər zaman yanımda olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, master yarışlarında ağır çəkidə indiyə qədər heç bir idmançımız medal qazana bilməyib.



Baxış sayı:35
Bu xəbər 13 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















