Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib

İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib

Icma.az, Apasport saytına istinadən bildirir.

Koreya Respublikasının Busan şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı keçirilib.  
Apasport.az-a AMADA-dan verilən məlumata görə, konfransda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə və nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı iştirak ediblər. 
191 ölkədən 2 minədək iştirakçının qatıldığı konfrans idman hərəkatının, hökumətlərin, milli və regional antidopinq təşkilatlarının və laboratoriyaların nümayəndələrini, həmçinin tədqiqatçıları bir araya toplayıb .
İştirakçılar 2019-cu ildə Polşanın Katovitse şəhərində keçirilən dünya konfransından sonra əldə edilmiş tərəqqi və gücləndirilmiş qlobal antidopinq proqramının irəliləməsini qiymətləndiriblər.
Konfransda “Yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqinə dəstək” adlı plenar sessiyada çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə gələn il ölkəmizdə keçiriləcək WADA-nın Avropa üzrə ilk Regional Simpoziumunun əhəmiyyətini vurğulayaraq Azərbaycanın təmiz idman sahəsində əldə etdiyi nailiyyətlərdən, paytaxt Bakının mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb. İştirakçıları Bakıda keçiriləcək Regional Simpoziuma dəvət edən Təhminə Tağı-zadə tədbirin beynəlxalq antidopinq sistemində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tənzimləmələrin daha effektiv tətbiqi baxımından mühüm platforma rolunu oynayacağını bildirib. O, həmçinin qeyd edib ki, Simpozium müvafiq qurumlar arasında qarşılıqlı etimadı artıracaq, region ölkələrinin dopinqlə mübarizə potensialının inkişafına töhfə verəcək və qlobal antidopinq ekosistemində Azərbaycanın fəal tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.
Konfrans 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların WADA-nın idarəetmə orqanları olan Təsisçilər Şurası və İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməsi ilə yekunlaşıb. Təmiz idmanın vacibliyini vurğulayan və antidopinqlə bağlı bütün maraqlı tərəfləri effektiv əməkdaşlığa və idmançıları dəstəkləməyə çağıran “Busan bəyannaməsi” də qəbul edilib.
Yeni qaydalar Qadağan edilmiş maddələrin siyahısını, terapevtik istifadə üçün istisnaları, dopinq nəzarəti prosedurlarını, nəticələrin emalını və məlumatların qorunması kimi sahələri əhatə edəcək. Yeni Ümumdünya Antidopinq Məcəlləsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 2033-cü ilədək qüvvədə olacaq.

Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib Azərbaycan ilk dəfə parabadminton üzrə dünya çempionatında iki kateqoriyada təmsil olunacaq Azərbaycan Qran-prisi üçün erkən bilet satışına start verilib Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see617

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see319

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see228

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see216

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri