Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

“İdrak”da açılan atəşin Səbəbi...

“İdrak”da açılan atəşin Səbəbi...

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İdrak Liseyində 15 yaşında, 10-cu sinif şagirdi 29 yaşlı qadın müəllimini güllələyib.

Ciddi, narahatlıq doğuran hadisədir:

1. Hər bir halda günah bu qəsdi planlaşdıran yeniyetmədədir. Bir şəxsin digər şəxsə atəş açmasının alibisi yoxdur – onda qala, 15 yaşlı şagirdin müəlliminə qəsdi ola;

2. Məktəblərdə təhlükəsizlik bərbaddırmı? Özəl və yaxud dövlət qurumları (eyni hadisə dövlət məktəbində də ola bilərdi) təhlükəsizliyi təmin edə bilmirmi?

Bir məktəbə səhər 8:00 radələrində arxasında çantası, çantanın içində qələmdən tutmuş karandaşyonana qədər, müxtəlif “dəmir elementləri” olan əşyalarla 1000-2000 şagird daxil olur. Cəmi 10-15 dəqiqə ərzində bu qədər şagirdin çantasını və üst-başını necə yoxlamaq mümkündür ki!?

Şagirdin “yoxlanılması” onun məktəbli formasıdır, sinif yoldaşlarıdır, sıraya düzülərkən önündə dayanan sinif rəhbəridir. Təhlükəsizlik - yad şəxslərin məktəb binasına daxil olmasının qarşısının alınmasıdır; məsələn, ADNA hadisəsi kimi. O qətliam üçün təhlükəsizliyin təmin olunmamasından danışmaq yerindədir, bu insident üçün yox.

Məktəbin təhlükəsizliyi həm də hər bir valideyndən asılıdır: valideyn uşağın psixoloji durumuna, çantasına nələr yığmasına nəzarət edə bilmirsə, onda bu hadisəni törədənin ilk olaraq valideyni məsuliyyətə cəlb edilməlidir:

a) Ov tüfənginə şagirdin əli necə çatıb?

b) Ov tüfəngi sökülüb, şagirdin çantasına qoyulub və valideynin heç nədən xəbəri olmayıb? Niyə?


c) Övladında psixoloji problemlərin başladığını valideyn niyə görmür?

3. İdrak Liseyi kifayət qədər yüksək təhsil haqqı ilə seçilir. Burada illik təhsil haqqı 16 min manatı keçir. Azərbaycanda 2025-ci il üçün minimum maaş 400, orta aylıq əmək haqqı 1087 manatdır. Yəni orta aylıq maaş alan “orta statistik azərbaycanlı”nın övladı bu liseydə oxuya bilməz, çünki adam bütün maaşını gətirib bu məktəbə ödəsə, yenə illiyində 4 mindən çox borclu qalaq – bəs, ailəsini nə ilə dolandıracaq?

Demək, burda təhsil alan maddi baxımdan kifayət qədər yüksəktəminatlı ailənin övladıdır.

İndi gəlsin valideyn, görək o yüksək təhsil haqqını ödəməyə imkan verən gəliri halaldırmı? Qazancı övladının qudurub, müəlliminə güllə atmasına səbəb olmayıb ki? Bu gün müəlliminə güllə atan ailənin övladı sabah Əhmədə çevrilib, silahı o haramı evə daşıyana çevirməyəcək ki?

İddiaya görə, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini olub bu cinayəti törədənin atası. Prokurorluq onun da fəaliyyətini araşdırmalıdır.

O ki qaldı ABŞ-da hər gün məktəblərdə kriminal hadisələr, qətliamlar baş verməsini misal göstərib, bu hadisəni adiləşdirməyə çalışanların məntiqinə: Azərbaycan xalqı böyük ənənələrə malikdir, öz adətlərimiz, dəyərlərimiz, düşüncəmiz, ictimai baxışımız var. Bizim ölkədə şagird müəlliminin üzünə qayıtmaz (nəinki güllələmək); bizim ölkədə ən kriminal şəxs belə polisinə güllə atmaz – Gəncədə baş verən o hadisə buna görə ölkəni sarsıtmışdı...

Çünki bizim düşüncəmizdə müəllim – həm də valideyndir, anadır, atadır: bizim nəslin uşaqları xatırlayır – valideynlərimiz müəllimlərimizə “əti sənin, sümüyü mənim” deyib, göydə Allaha, yerdə müəllimlərimizə əmanət edirdilər. Məktəbdə müəllim töhməti, müəllim şilləsi görən şagird bunu qorxusundan evdə demirdi, çünki ata-ana o dəqiqə “gör müəllimi nə həddə çatdırmısan, nə qələt etmisən ki, səni döyüb” deyib, uşağı tənbeh edərdi.

Çünki doğrudan da o müəllimlər üçün uşaqlar övlad kimi idi.

İndi təhsilə cavabdehlər düşünməlidir: nə dəyişib, nə baş verib, hansı nizamı pozublar ki, müəllim şagirdin əzizi, canı, ciyəri yox, düşmənidir?

Yalnız “sertifikatlaşma”, yalnız “yüksək bal”, yalnız “test” meyarı ilə gənc, enerjili müəllimləri seçib-əzizləyib, 65 yaşında ağsaqqal-ağbirçək, bəlkə də 25 yaşlı gəncdən savad baxımından geri qalan, ancaq müdrikliyi, uşağa sevgisi, peşəkarlığı ilə valehedici və əvəzolunmaz müəllimləri pensiyaya göndərməklə məktəblərimizi başsız qoymuruq ki?

Pedaqoji keyfiyyətləri üstün tutmaq əvəzinə, yalnız və yalnız test suallarının cavab variantını “atdım-tutdum”la dolduranları daha yüksək maaşla iş yerlərinə doldurub, 60 yaşlı müəllimi “bal” çatışmazlığından təhsildən uzaqlaşdırmaqda doğrumu edirik?

İmtahanları hər keçən gün daha da çətinləşdirib, uşaqları günün yarısını məktəbə, digər yarısını hazırlıqlara, gecəni isə “test tapşırıqları” işarələməyə vadar etməklə, onların psixologiyasını məhv etmirik ki?

Qəbul imtahanlarını hər ötən il bir az da çətinləşdirib, ali təhsil almaq istəyən balalarımızı sanki bu doğal hüquqdan məhrum etmək istəyən bədheybətlərə çevrilmirik ki?

Biz məktəbdə həm də əylənirdik, oynayırdıq: məktəb yalnız təhsil vermir axı! Məktəb tərbiyə verir, ünsiyyət qurmaq bacarığı aşılayır, böyüyə-kiçiyə hörmət öyrədir...

Dərslər arasında tənəffüsü 10 dəqiqədən 5 dəqiqəyə endirməklə, böyük tənəffüsü yarıbayarı azaltmaqla, əlavə dərslər salmaqla düzmü etdik?

Böyük tənəffüs – təkcə yemək deyildi, həm də gizlənpaç idi, qaçdı-tutdu idi, demək-gülmək idi bizim məktəbli dövrümüzdə.

Biz uşaqların əlindən hər şeyi alıb, onları robota çevirdiyimizi nə vaxt dərk edəcəyik?

Biz uşaqların bütün əyləncələrini və uşaqlığını əlindən alıb, onları testlə yükləməkdən, repetitora məhkum etməkdən nə vaxt əl çəkəcəyik!

Hanı bu qədər ağır yükləmə ilə yetişdirdiyiniz fitri istedad? Hanı dahilər? Hanı dünyaya səs salan ixtiralar, kəşflər edən gənclər?

Bu uşaqları bu qədər yükləyib, bu qədər “testə oturdub”, beyinlərini qurutmuruq ki? Özlərinə, ətrafa, doğmalarına, müəllimlərinə və cəmiyyətə nifrət etmələrinə səbəb olmuruq ki?

Oturun, düşünün: bəlkə, bəsdir ilbəil testi çətinləşdirməyiniz, cəmiyyəti, təhsili repetitorlaşdırmağınız!

Bir neçə gün əvvəl öyrənmişəm: yeni imtahan proqramlarını mükəmməl öyrənən müəllimlər böyük qruplarla dərslər keçirlər – qrupda uşaqların sayı 20-25 nəfər, həftədə 3-4 qrup! Hər bir uşaq da 100-120 manatdan...

20-25 nəfər – tam-dolu sinifdir. Bu müəllim eyni ruhla məktəbdə-sinifdə niyə dərs keçmir?

Təxmini 1,5 milyon uşağın 1/3-nin hazırlıqlara getdiyini düşünüb, ortada milyardlar fırlandığını təxmin etmək çətin deyil!

Biz bu milyardlara görəmi uşaqlara zülm edirik, onları repetitorlara yönəldirik, qəsdən imtahanları çətinləşdiririk? Bütün bunları öz nəfsimiz naminəmi edirik?

Bəlkə, məktəblərdə yuxarı siniflər ixtisaslaşsın, bölünsün, kim hansı qrupu seçirsə, o qruplar üzrə siniflər təşkil edilsin – nəhayət, uşaqlar məktəbdən kənar bu qədər yüklənməsinlər; nəhayət, uşaqlar məktəb vaxtı da bunca ağırlıq altında qalmasınlar.

O ağırlıq böyük istedadları üzə çıxartmır, yalnız və yalnız psixi duruma təsir edir, uşaqları yalqızlaşdırır, tənhalaşdırır, özlərinə qapılmağa vadar edir və robotlaşdırır.

Çox arzulayardım ki, “İdrak”da müəllimə açılan bu atəş idrakımızı oyatsın – nəhayət, ayılaq, uşaqlardan əl çəkək, onları bu qədər yükləyib, məhv etməyək!

Nəhayət, ibtidai təhsil kimi, hər bir uşağın ali təhsil haqqını da tanımış olaq!

Anar Niftəliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Fevral 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri