Icma.az
close
up
RU
IEA ya üzv 32 ölkə strateji neft ehtiyatlarının 400 milyon barelini istifadə edəcək

IEA ya üzv 32 ölkə strateji neft ehtiyatlarının 400 milyon barelini istifadə edəcək

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 mart, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin 32 üzv ölkəsi Yaxın Şərqdəki münaqişə fonunda qlobal enerji bazarındakı çatışmazlığı aradan qaldırmaq üçün strateji neft ehtiyatlarının 400 milyon barelini bazara yönləndirmək barədə yekdilliklə razılığa gəliblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə qərar bazar şərtlərini qiymətləndirmək və təchizat pozuntularını aradan qaldırmaq üçün variantların nəzərdən keçirildiyi IEA-ya üzv ölkələrin nümayəndələrinin fövqəladə iclasında qəbul edilib.

“Neft bazarında qarşılaşdığımız problemlər misli görünməmiş miqyasdadır. IEA-a üzv ölkələrin buna misli görünməmiş miqyasda fövqəladə kollektiv tədbirlərlə cavab verməsinə çox şadam. Neft bazarları qlobaldır, ona görə də böyük pozuntulara cavab qlobal olmalıdır. Enerji təhlükəsizliyi IEA-nın təsis mandatıdır və üzv üzvlərin birlikdə qətiyyətli tədbirlər görməkdə güclü həmrəylik nümayiş etdirmələrindən məmnunam”, - deyə Fatih Birol bildirib.

Strateji neft ehtiyatlarının hər bir üzv ölkənin milli şəraitinə uyğun olan müddət ərzində bazara təqdim ediləcəyi və bəzi ölkələr tərəfindən isə əlavə fövqəladə tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, IEA-ya üzv ölkələr 1,2 milyard bareldən çox strateji neft ehtiyata malikdirlər, əlavə olaraq 600 milyon barel sənaye ehtiyatı isə hökumət öhdəliyi altında saxlanılır.

1974-cü ildə yaradılan Beynəlxalq Enerji Agentliyi bu müddətdə altı dəfə - 1991-ci, 2005-ci, 2011-ci və 2022-ci ildə iki dəfə olmaqla strateji ehtiyatlardan istifadə olunması barədə qərar qəbul edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri