Icma.az
close
up
RU
“İƏT in 17 ci zirvə görüşü sülh və inkişafın bünövrəsinin iqtisadi əməkdaşlığa söykəndiyini təsdiqlədi” ŞƏRH EDİLDİ

“İƏT in 17 ci zirvə görüşü sülh və inkişafın bünövrəsinin iqtisadi əməkdaşlığa söykəndiyini təsdiqlədi” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə uğurla ev sahibliyi etdi. Toplantının Xankəndi şəhərində baş tutmasının xüsusi əhəmiyyəti var. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə yüksək səviyyəli beynəlxalq toplantıların keçirilməsi artıq ənənə halını alıb. Açılış mərasimində Prezident İlham Əliyev də Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü, həmçinin bu ilin mayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü xüsusi qeyd etdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, bu vacib toplantının məhz Xankəndidə keçirilməsi siyasi nöqteyi-nəzərdən əhəmiyyətlidir: "Bu, Azərbaycanın qələbəsinin İƏT platformasından təqdimatı və ölkəmizin növbəti diplomatik uğuru oldu. Zirvə görüşündə uğurla həyata keçirilən bərpa quruculuq prosesinə diqqət çəkən dövlət başçımız həmçinin Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması məsələsini də gündəmə gətirdi. İƏT platformasından da bəyan olundu ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Məlum olduğu kimi, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın ən fəal təmsil olunduğu qurumlardandır. Təşkilatın əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirildi. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edildi. Yeri gəlmişkən, ECO-nun Tədqiqat Mərkəzi də Azərbaycanda yerləşəcək. Dövlət başçımız Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlərin davam etdiyini diqqətə çatdırdı. Həmçinin 2026-cı il Şuşa şəhəri “ECO-nun Turizm paytaxtı” elan edilib.

İƏT-in 17-ci Zirvə görüşündə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün səmərəli müzakirələr aparıldı. Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti əlaqələri genişləndirməyə zəmin yaradır. Zirvə görüşündə də bəyan olundu ki, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulub ki, bunun da yarısı xarici sərmayədir".

Deputat həmçinin bildirib ki, İƏT-ə üzv ölkələr həm də nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır: "Belə ki, Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən ECO-ya üzv ölkələrin əksəriyyəti istifadə edir.

Xankəndi zirvəsi münaqişə və mübahisələrin əksər hissəsinin məhz İƏT-ə üzv ölkələrin ərazisində baş verdiyi bir vaxtda keçirildiyindən dialoq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Liderlər də bir daha bəyan etdi ki, sülh və inkişafın bünövrəsi iqtisadi əməkdaşlığa söykənir. Bu mənada üzv ölkələrin təşkilat daxilində tərəfdaşlığı zərurətə çevrilib. Qarşıdakı 10 ildə İƏT-in 2035-ci ilə qədər yeni strateji məqsədləri də təşkilat daxilində həmrəyliyin möhkəmlənməsini nəzərdə tutur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see453

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri