Icma.az
close
up
RU
İƏT in Baş katibinin müavini: Bu gün Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir

İƏT in Baş katibinin müavini: Bu gün Bakı İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 dekabr, AZƏRTAC

Bu möhtəşəm tədbirə Azərbaycanın ev sahibliyi etməsini yüksək dəyərləndiririk. Çünki bu gün Bakı təkcə siyasi və mədəni mərkəz deyil, həm də İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində İƏT-in Baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit deyib.

O, Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib: “Məhz bu möhkəm iradə və strateji yanaşma İslam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir.

Bu festival bizi mühüm platformada bir araya gətirərək birliyin, dialoqun və mədəni yaxınlaşmanın real təcəssümünə çevrilir. İƏT-in katibliyi və bütün iştirakçı heyətin mədəni əlaqələrimizin dərinləşməsinə verdiyi dəstək, qarşılıqlı dialoqun daha da güclənməsinə mühüm təsir göstərir. Bu kimi tədbirlər təkcə yaradıcılıq və mədəniyyət nümayişi deyil, həm də təşkilatımızı strateji baxımdan gücləndirən, ortaq dəyərlərimizi möhkəmləndirən vahid mədəni platforma yaradır. Belə bir platformanın formalaşması, təbii ki, gələcək fəaliyyətimizin daha sıx koordinasiyasına, qarşılıqlı anlayış və əməkdaşlığa xidmət edir. Çünki yaradıcılıq yalnız sənətə deyil, insan inkişafına yönələn fundamental xüsusiyyətdir. Yaradıcılığı dəstəkləyən cəmiyyətlər, ilk növbədə, gənclərinin potensialına yatırım etmiş olurlar. Müsbət dəyərləri mənimsəyən, mədəni və mənəvi irsə sahib çıxan gənclər isə gələcəyin birliyini formalaşdırır, cəmiyyətlər arasında körpülər yaradan mədəniyyət səfirlərinə çevrilirlər. Bu baxımdan, Bakıdakı bu festival təkcə bu günün tədbiri deyil, sabahın birgə mədəniyyət, yaradıcılıq və inkişaf vizyonunun bünövrəsidir”,-deyə Tarig Ali Bakhit vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri