Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

İƏT konfransı: Bakıdan mühüm mesajlar

İƏT konfransı: Bakıdan mühüm mesajlar

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyunun 24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası başlayıb.
Prezident İlham Əliyev sessiyanın iştirakçılarına müraciət ünvanlayıb.
Millət vəkilləri, politoloqlar sözügedən sessiyanın Azərbaycan üçün əhəmiyyəti haqqında “Xalq Cəbhəsi”nə danışıb.
Milli Məclisin deputatı Fariz İsmayılzadə söyləyib ki, Parlament tərəfindən təşkil olunan bu konfrans çox böyük əhəmiyyət daşıyır: “Çünki həm parlamentlərarası əlaqələr güclənir, təcrübə mübadiləsi aparılır, eyni zamanda, İslam ölkələri arasında əməkdaşlıq daha da güclənir. Konfransda İslam ölkələrinin parlamentlərinin rəhbərləri bir araya gəlib. Bu, İslam dünyasının həmrəyliyinin bariz bir nümunəsidir. Həmçinin bu, bizim Parlamentin apardığı çox aktiv diplomatik iş, diplomatik təbliğatın da gözəl bir nümunəsidir. Çünki bu konfrans zamanı həm də Azərbaycan reallıqları, Azərbaycanın xarici siyasət prioritetləri də çatdırılır. Bu da bizim üçün gözəl bir platformadır. Parlament istiqaməti ona görə bizim üçün vacibdir ki, çünki dünyanın bir çox ölkələrində Qarabağ məsələsi müzakirə olunub, bir neçə ölkənin Parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul olunub. Məhz belə konfranslar da bu işə dəstək və yardımçı olur”.
“Bu sessiya mühüm geosiyasi hadisədir”
Politoloq Tural İsmayılov qeyd edib ki, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası, Azərbaycanın İslam dünyasındakı mərkəzi çəkisini və beynəlxalq parlament diplomatiyasındakı strateji rolunu nümayiş etdirən mühüm bir geosiyasi hadisədir: “40-dan çox ölkədən gələn parlament nümayəndə heyətlərinin və qanunverici orqan rəhbərlərinin Bakıda bir araya gəlməsi rəsmi Bakının çoxtərəfli xarici siyasət kursunun uğuru olmaqla yanaşı, müsəlman dünyası ilə qurulan dostluq və qardaşlıq bağlarının qanunverici səviyyədə möhkəmlənməsinə xidmət edir. Bu mötəbər platforma Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni regional reallıqları, habelə milli prioritetlərini qlobal səviyyədə gündəmə gətirmək üçün unikal imkanlar tanıyır. Siyasi və diplomatik kontekstdə bu tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə müsəlman ölkələri tərəfindən verilən qətiyyətli və davamlı dəstəyin bariz göstəricisidir. Prezident İlham Əliyevin sessiya iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunduğu kimi, Ermənistanın otuz illik işğalı dövründə Azərbaycan torpaqlarında İslam mədəniyyətinə və tarixinə qarşı törədilmiş kultursid və urbisidin – məscidlərin və tarixi abidələrin qəsdən dağıdılmasının miqyası məhz bu konfrans vasitəsilə birinci mənbədən dünya birliyinə çatdırılır. Eyni zamanda, xarici nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın təkbaşına həyata keçirdiyi nəhəng bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər”.
“Bakının dialoq mərkəzi statusu daha da möhkəmlənir”
T.İsmayılovun fikirlərinə görə, iqtisadi baxımdan konfransın əsas mövzusunun dayanıqlı və inklüziv inkişafın təşviqinə həsr olunması Azərbaycanın Avrasiya məkanında formalaşdırdığı nəqliyyat-logistika və enerji layihələrinin İƏT ölkələri üçün cəlbediciliyini artırır: “Şərq-Qərb və Orta Dəhliz kimi qlobal marşrutların üzərində yerləşən Azərbaycan müsəlman ölkələri ilə ticari inteqrasiyanı dərinləşdirmək və yeni investisiya imkanlarını dəyərləndirmək üçün parlament müstəvisində hüquqi zəmin yaradır. Konfrans çərçivəsində aparılan müzakirələr təkcə siyasi həmrəyliyi deyil, həm də coğrafi baxımdan uzaq olan üzv dövlətlərlə transaksional iqtisadi tərəfdaşlıq layihələrini stimullaşdırır. Nəticə etibarilə, iyunun 25-də başa çatacaq bu sessiya Bakının qlobal siyasi, humanitar və mədəniyyətlərarası dialoq mərkəzi statusunu daha da möhkəmləndirir. Azərbaycan bu platformadan istifadə edərək İslam dünyasında islamofobiyaya qarşı birgə mübarizə, insan hüquqları və sosial inkişaf sahələrində ortaq strateji hədəflərin müəyyənləşdirilməsinə rəhbərlik edir. Bu mənada, Bakı konfransı ölkəmizin milli maraqlarının parlament diplomatiyası alətləri ilə qorunmasında və beynəlxalq arenada sabit, proqnozlaşdırıla bilən tərəfdaş imicinin gücləndirilməsində növbəti əhəmiyyətli addımdır”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 İyun 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri