Icma.az
close
up
RU
İFC: Azərbaycanda iqlim yönümlü investisiyalarımız var

İFC: Azərbaycanda iqlim yönümlü investisiyalarımız var

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda kənd təsərrüfatı sahəsində tətbiqini planlaşdırdığımız iki əsas maliyyə aləti var. Bunlar məhsul qəbzləri və anbar qəbzləridir.

“APA-Economics” xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi Kyrylo Mukhomedzyanov deyib
O sözügedən alətlər barədə məlumat verib:

“Məhsul qəbzi yığım mövsümündən əvvəl fermerlərə maliyyə imkanı yaradan vasitədir. Bu, onlara yüksəkkeyfiyyətli toxum, gübrə, yanacaq və digər resurslara çıxış verir. Həmçinin iqlimədavamlı texnologiyaların və avadanlıqların alınmasına dəstək olur. Anbar qəbzi yığım sonrası mərhələdə fermerlərə məhsullarını sertifikatlaşdırılmış anbarlarda saxlamağa imkan yaradır. Beləliklə, fermerlər məhsulu daha uzun müddət saxlaya bilir, daha yaxşı qiymətə sata bilir və əlavə maliyyə resursları cəlb edir.

Bu iki alət sadə görünsə də, bütöv bir kənd təsərrüfatı maliyyələşdirmə ekosistemi yaradır. Məsələn, Ukraynada bu mexanizmlər vasitəsilə 2015-ci ildən bəri 11 min fermer üçün 2,4 milyard ABŞ dolları həcmində maliyyə səfərbər edilib”.

İFC nümayəndəsi bu alətlərin üstünlüklərindən danışıb:

“Bu alətlər fermerlərin maliyyəyə çıxışını genişləndirir, maliyyə institutlarının risklərini azaldır, texnologiyalara və müasir aqro-girişlərə çıxış təmin edir, bazar sabitliyinə töhfə verir, müqavilə əsaslı fermerlikdə də tətbiq oluna bilir. Üstəlik, bu alətlər iqlimədavamlı kənd təsərrüfatı təcrübələrinin yayılmasına şərait yaradır.

O bildirib ki, İFC Azərbaycanda bu təşəbbüsləri inkişaf etdirmək üçün yerli maliyyə institutları ilə əməkdaşlıq edir:

“Artıq bəzi iqlim yönümlü investisiyalarımız var. Amma təkcə maliyyə kifayət etmir, qanunvericilik və sektoral bacarıqların inkişafı da vacibdir. Fermerlər nəyə görə bunu etdiklərini anlamalı, maliyyə bazar iştirakçıları isə uyğun həllər təqdim etməlidirlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri