Icma.az
close
up
RU
IFC Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi ilə bağlı layihənin icrasına başlayır

IFC Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi ilə bağlı layihənin icrasına başlayır

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) SECO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsinin artırılması təşəbbüsünün icrasına başlayır.

Bu barədə "APA-Economics"ə IFC-dən bildirilib. Qeyd edilib ki, IFC İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarını artırmaq üçün dörd illik məsləhət layihəsinə başlayır. IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi fermerlərin və aqrobizneslərin üzləşdiyi mühüm maliyyə maneələrini aradan qaldırmağa və bununla da məhsuldarlığı artırmağa çalışır.

Kənd təsərrüfatı Azərbaycanda əhalinin 37 faizini işlə təmin edən, lakin ÜDM-ə cəmi 5,5 faizi pay verən mühüm sahədir. Sektorun inkişafı və yüksək keyfiyyətli işlər üçün əsas problemlərdən biri girovların kifayət etməməsi və kənd təsərrüfatı kreditləşməsi ilə bağlı risklərin yüksək olması təəssüratından irəli gələn maliyyəyə məhdud çıxışdır.

Bu problemləri həll etmək üçün IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi həm məhsul yığımından əvvəl, həm də yığımdan sonrakı mərhələdə maliyyə vəsaitlərinə çıxışı yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş innovativ maliyyə alətlərini təqdim edəcək. Bu yeni alətlər kənd təsərrüfatının riks profilinə dəstək verəcək, habelə maliyyə təşkilatlarının fermerləri və aqrobiznesləri kreditləşdirməsinin həcmini artırmağa imkan verəcək.

Alətlərlə bağlı, məhsul şəhadətnamələri fermerlərə əvvəlcədən yığılmış məhsullardan girov kimi istifadə etməyə imkan verir, yüksək keyfiyyətli toxum, gübrə və digər vəsaitlərin alınması üçün kapitala çıxışı asanlaşdırır. Bu, nəinki məhsuldarlığı artırır, həm də kreditorlar üçün müştəri bazasını genişləndirir.

Anbar şəhadətnamələri isə fermerlərə yığılmış məhsuldan kreditlər üçün girov kimi istifadə etmək və ya anbara çatdırıldıqdan sonra ödəniş almaq imkanı verir; bununla da məhsul yığımından sonrakı maliyyələşdirmə həllini təmin etmiş olur.

Rəqəmsal məhsul və anbar şəhadətnamələri maliyyə inklüzivliyini və dayanıqlığını artırmaq potensialına malikdir, lakin miqyasını genişləndirmək üçün dəstəkləyici tənzimləyici çərçivələr tələb edir.

Vurğulanıb ki, IFC-nin fəaliyyəti bu yeni maliyyə alətləri üçün qanunvericilik, tənzimləmə və siyasət çərçivəsinin formalaşması, o cümlədən onların rəqəmsallaşdırılmasını ehtiva edəcəkdir. Tələb olunan qanunvericilik və qaydalar təsdiq edildikdən sonra diqqət maliyyə sektorunun və fermerlərin potensialının artırılmasına yönəldiləcək. Bura dəyər zəncirinin maliyyələşdirilməsi üçün məhsul və anbar şəhadətnamələrindən istifadə edən biznes modellərinin inkişafı daxildir. Məhsul və anbar şəhadətnamələrini səmərəli maliyyə alətləri kimi tanıtmaq üçün ictimai maarifləndirmə təşəbbüsləri də həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. Həmin tarixdən IFC ölkəyə təxminən 900 milyon ABŞ dolları həcmində investisiya qoyub, maliyyə xidmətləri, infrastruktur və istehsal üzrə 60-a yaxın layihəni maliyyələşdirib. Təşkilat biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmənin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın, eləcə də aqrobiznes sektorunun gücləndirilməsi ilə bağlı məsləhət layihələri icra edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Mart 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri