Icma.az
close
up
RU
İflas edən sülh təşəbbüsü: “Putin Trampı ya ələ salır, ya da olanlar razılaşdırılıb”

İflas edən sülh təşəbbüsü: “Putin Trampı ya ələ salır, ya da olanlar razılaşdırılıb”

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rauf Mirqədirov: “Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyi inandırıcı deyil. Sülh prosesini davam etdirəcək və çalışacaq ki, hansısa nəticə əldə etsin”

ABŞ Prezidenti Donald Tramp adminstrasiyasının Ukrayna müharibəsinin sülh yolu ilə həlli ideyası iflasa uğramaqdadır. Çünki atəşkəs razılaşması Rusiyanın Ukraynanın Sumı şəhərinə raket zərbəsi ilə mülki insanları qətlə yetirməsi Moskvanın Vaşinqtonun sülh təşəbbüsünə qarşı olduğunu göstərdi. Rusiya Sumıya zərbəni “səhvən” adlandırdı və bu “səhvə” Tramp da inandı. Amerika lideri bəyan etdi ki, Rusiyadan bu hücumun detallarını öyrənməyə çalışıb və ona məlumat verilib ki, mülki insanlar səhvən vurulub. Beynəlxalq analitiklər isə hesab edirlər ki, Rusita Prezidenti Vladimir Putin Trampın təşəbbüsünü puç etmək üçün raket zərbəsi əmrini qəsdlə verib.

Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandırıb. Analitikin sözlərinə görə, görünən odur ki, ya Putin Trampı ələ salır, ya da...

- Çünki Putində vərdiş var ki, siyasi opponentlərini pis vəziyyətə qoysun, ələ salsın. Ya da bu addımlar Putinlə Tramp arasında razılaşdırılıb. Başqa variant yoxdur. Mən bilmirəm, bu variantların hansı daha pisdir. Əgər ABŞ kimi bir ölkənin lideri ələ salınırsa, biabırçılıqdır. Yox, əgər ABŞ Prezidenti bir müharibə canisi ilə belə addımları razılaşdırıbsa, bu, daha da biabırçılıqdır. İlk baxımdan, hər iki variant əslində absurddur. Nə vaxt ki, ABŞ və Rusiya nümayəndələri görüşürlər, ardınca Ukraynada mülki obyektlər bombalanır. Əsas da gətirilir ki, guya Ukrayna hərbi obyektləri yaşayış məntəqələrində yerləşdiriblər, mülki obyektlərdə yerləşdiriblər. Yəni ki, guya Rusiya əslində hərbçilərə atəş açır, sadəcə hərbçilərlə mülkilər iç-içə olduqları üçün mülki insanlar da zərər görür. Kirovoy Roqun atəşə tutulmasında da, Sumının atəşə tutulmasına da Moskvadan bu əsas gətirildi. Sumıda mülki obyektlərin “səhvən” vurulduğunu demələri və ABŞ kimi ölkənin liderinin buna inanması biabırçılığın piki sayıla bilər. Dediyim kimi, ya Putin Trampı ələ salır, ya da bu hücumlar iki ölkə arasında razılaşdırılıb. Buna başqa ad vermək olmaz.

Bütün hallarda, biz mülki insanların qətlə yetirilməsinin şahidi oluruq. Şəhərin mərkəzinə zərbə endirilir, evlər dağıdılır, küçələr dağıdılır, insanlar həlak olurlar. Buna isə ABŞ Prezidentinin reaksiyası anormaldır. Dedi ki, onda olan məlumata görə, Sumı “səhvən” bombalanıb. Rusiya Trampın sülh təşəbbüsünə qarşı olduğunu Sumını bombalamaqla göstərmiş oldu.

- Maraqlıdır ki, Tramp sonra “bu mənim yox, Baydenin müharibəsidir” söylədi...

- Trampın bu açıqlaması da gülüş doğurur. Birincisi, Tramp burada da yalan danışır. Baxın, Krımın ilhaqı, Donetsk və Luqanskın işğalı 2014-cü ildə baş verib. İndiki müharibə həmin müharibənin davamıdır, yeni deyil. Rusiya Ukrayna ərazilərini o vaxt işğal etdikdən təxminən iki il sonra, 2016-cı ildə Tramp ABŞ Prezidenti seçildi və 4 il ölkəyə rəhbərlik etdi. Həmin vaxtı münaqişə var idi, danışıqlar aparılırdı. Bu zaman Tramp münaqişənin dinc yolla həll edilməsi üçün demək olar ki,  heç bir addım atmadı. Həmin vaxt Tramp Putinlə görüşlərdə onu öyürdü, “dostu”, “güclü siyasətçi” adlandırırdı. Yəni həmin vaxt Tramp gələcəkdə oyana biləcək, isti fazaya keçə biləcək münaqişəni niyə həll etmək, sülhə nail olmaq üçün addımlar atmırdı?

İkincisi, Tramp indi deyir ki, onun komandası hakimiyyətə hələ yeni gəlib. Bu da yanlış yanaşmadır. Təzə gəlib, ya çoxdan gəlib – müharibə həm də onun müharibəsidir. Əgər hakimiyyətə gəlibsə və paralel olaraq müharibə davam edirsə, o zaman bu müharibə həm də onun müharibəsidir. Əgər Tramp Ukraynaya daha heç bir yardım etmək istəmirsə və buna görə də deyirsə ki, müharibə onun deyil, o zaman razılaşmaq olar. Amma açıq desin ki, bu müharibədə ABŞ özünü tərəflərdən birini dəstəkləyən dövlət kimi görmür.

- Tramp adminstrasiyası əslində tutduğu mövqe ilə Ukraynanın dəstəkçisi olmadığını demirmi?

- Əslində fikirləşmək olar ki, deyir. Amma digər yandan Vaşinqtonun iddiası da var axı. Tramp seçki kampaniyası zamanı müharibəni “24 saata bitirəcəm” deyirdi. Hakimiyyətə gəldikdən sonra yaxın həftələrdə bitirəcəyini, daha sonra isə 100 günə müharibəyə son qoyacağını vəd edib. İndi onun hakimiyyətə gəlişinin 100 gününün başa çatmasına təxminən iki həftə qalıb. Amma müharibə bitənə oxşamır. Baş verənlər Amerikada da əhval-ruhiyyəni dəyişir. Tramp artıq deyə bilməz ki, Ukrayna müharibəsi onun müharibəsi deyil. ABŞ-ın cəlb olunduğu konfliktdirsə, Tramp o konfliktin həlli üçün, yaxud davam etməsi üçün məsuliyyət daşıyır. Bu, əhvalı dəyişir. Sözsüz ki, Trampın mənsub olduğu respublikaçılar arasında əhval-ruhiyyə dəyişir. Məlumdur ki, 25 demokrat, 25 respublikaçı senatorun hazırladığı yeni qanun layihəsi var ki, bu qanun Rusiya ilə əməkdaşlıq edən dövlətlərə qarşı 500 faizlik gömrük rüsumlarını nəzərdə tutur. Həmin qanun layihəsində deyilir ki, əgər Trampın sülhməramlı fəaliyyəti yaxın həftələrdə nəticə verməsə, qanun Senata təqdim olunacaq. Nəzərə alsaq ki, 25 respublikaçı həmin qanun layihəsinin müəllifidir, qanunun Senatdan keçməsi realdır. Eyni zamanda, respublikaçılar arasında Ukraynaya yardımın dayandırılmasının tərəfdarlarının sayı artır. Bütün bu kimi məsələlər səbəbindən Amerikada Trampın siyasətinə qarşı çıxanların sayı artmaqdadır. Belə olan halda, Tramp deyə bilməz ki, “bu mənim müharibəm deyil”.

- Trampın təşəbbüsü ilə başlayan sülh danışıqları prosesi Rusiyanın hücumları ilə, atəşkəsə əməl etməməsi ilə bitmiş sayılır. Tramp adminstrasiyası siyasətində dəyişiklik edə bilərmi?

- İnanmıram ki, Tramp bu prosesi davam etdirməsin. Trampın sülh danışıqları prosesindən əl çəkməsi o deməkdir ki, seçki kampaniyası zamanı verdiyi vədlərin iflasa uğradığını etiraf edir. Bəli, hansısa mərhələdə əl çəkə bilər, amma hələ ki, tezdir. Siyasətini dəyişməsi o deməkdir ki, seçkiqabağı vədlərindən ən vacib olanı yerinə yetirə bilmədi. Etiraf etməlidir ki, “mən hakimiyyətdə olsaydım müharibə olmazdı”, “24 saata müharibəni dayandıracam”, “müharibəni dayandırmaq gücündə olan yeganə şəxs mənəm” bəyanatları həqiqət deyilmiş. Tramp isə özünün zəifliyini etiraf edəcək siyasətçi deyil.

Bilirsiniz, Tramp gömrük tarifləri məsələsində hələlik manipulyasiya edə bilir. Amma Ukrayna məsələsində hər şey ortadadır, onun siyasəti iflasa uğradı. Amma Tramp özünə məftun siyasətçidir və bunu etiraf etməsi çətindir. Ona görə də, Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişəcəyi inandırıcı deyil. Sülh prosesini davam etdirəcək və çalışacaq ki, hansısa nəticə əldə etsin. Nəticə əldə edəcəkmi? Bunu indidən söyləmək də çətindir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri