Icma.az
close
up
RU
İğdır Naxçıvan qaz kəmərinin işə düşməsi tarixi dostluq və qardaşlığımızın növbəti nümunəsidir RƏY

İğdır Naxçıvan qaz kəmərinin işə düşməsi tarixi dostluq və qardaşlığımızın növbəti nümunəsidir RƏY

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu bir həqiqətdir ki, dünyada dövlətlər arasında etimadsızlıq mühiti hökm sürür. Müttəfiqlər bəzən düşmən kimi davranır, bir-birilərinə qarşı iddialarla çıxış edirlər. Dünənki ittifaqlarda bu gün çat yaranır. Bütün bu reallıqlar fonunda Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dünya üçün nümunə, örnəkdir. Martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasiminin keçirilməsi, bu mərasimə videobağlantı ilə cənab Prezident İlham Əliyevin və onun dostu, qardaşı cənab Rəcəb Tayyib Ərdoğanın Ankarada birlikdə qatılması bir daha bütün dünyaya nümayiş etdirdi ki, bizim dostluğumuz, qardaşlığımız əbədidir, sarsılmazdır. Açılış mərasimində cənab İlham Əliyev bir daha bəyan etdi ki, dostluğumuz sınaqlardan çıxmış dostluqdur. Xoş gündə, çətin gündə hər zaman birlikdə olmuşuq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Naxçıvana qaz kəmərinin çəkilməsi strateji əhəmiyyət kəsb edir:

“Qərbi Azərbaycan 1920-ci ilin noyabr ayında Ermənistana verildikdən sonra Naxçıvan  Azərbaycanın əsas hissəsindən ayrılmış oldu. Bununla da türk dünyasına coğrafi baxımdan zərbə endirildi. 100 ildən artıq müddətdə bu reallıq mövcud oldu. İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi Naxçıvanın qaza olan tələbatının ödənilməsi baxımından çox böyük məna və əhəmiyyət kəsb edir. Bunu yüksək qiymətləndiririk. Təxminən, sutkada 2 milyon kubmetr ötürmək qabiliyyətinə malik olan bu kəmər nəticə etibarilə Naxçıvanın qaza olan tələbatının təminatında müstəsna rol oynayacaq”.

“Cənab Ərdoğan da Azərbaycan Türkiyə qardaşlığından bəhs edərkən söylədi ki, 6 fevral zəlzələsində Azərbaycan necə bizim yanımızda yer aldısa, biz də hər zaman Azərbaycanın yanında olmuşuq, dəstək göstərmişik. Xüsusilə, Vətən müharibəsinin başladığı ilk dəqiqələrdən Türkiyə dövləti və onun Prezidenti, xalqı Azərbaycana böyük mənəvi və siyasi dəstək verdi. Bu, xalqımızın heç vaxt yadından çıxmaz. Unudulmaz hadisə idi. Cənab Prezident İlham Əliyev bir həqiqəti də vurğuladı ki, Azərbaycan ötən il dünya bazarına 25 milyard kubmetr qaz çıxarıb, bunun yarısı məhz qardaş Türkiyəyə göndərilib. Bu gün Azərbaycan 12 dövlətə qaz ixrac edir və yarısı Türkiyəyə ünvanlanıb. 10 Avropa dövləti Azərbaycandan qaz alıcısıdır. Bütün bunlar Azərbaycanın hazırkı enerji təhlükəsizliyindəki rolunu, çəkisini göstərir. Bir sözlə, yeni qaz kəmərinin işə düşməsi tarixi hadisədir. Tarixi dostluq və qardaşlığımızın növbəti nümunəsidir”, - o deyib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Mart 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see133

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see119

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri