Icma.az
close
up
RU
“İğdırdan boru xəttinin çəkilməsi beynəlxalq aləmə mesaj olmalıdır” Tarixçi alim

“İğdırdan boru xəttinin çəkilməsi beynəlxalq aləmə mesaj olmalıdır” Tarixçi alim

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Digər tərəfdən də Azərbaycan Prezidentinin Zəngəzurun tarixən Azərbaycan torpağı olması və onun Azərbaycan xalqının iradəsi xaricində alınaraq Ermənistana verilməsini xatırlatması təsadüfi deyil”.

Bunu tarixçi alim Firdovsiyyə Əhmədova Yenicag.az-a deyib.

Tarixçi Azərbaycanın tarixi torpağı olan Zəngəzurun Ermənistana verilməsi barədə tarixi məlumatları çatdıraraq İğdır-Naxçıvan qaz boru xəttinin açılmasının önəmini şərh edib:

“Rusiya İmperiyasının dağılması ərəfəsində Zəngəzur Gəncə quberniyasının tərkibində bir qəza idi. Azərbaycan Cümhuriyyəti dönəmində də Zəngəzur artıq qəza statusunda idi. 1919-cu ildə Qarabağ Qubernatorluğu yaradılanda 4 qəzadan biri Zəngəzur qəzası idi. Azərbaycan Cümhuriyyəti dönəmində də Zəngəzur Azərbaycan hakimiyyəti altında olan ərazi idi. Rusiya İmperiyası işğal etdiyi ərazilərdə elə bir inzibati ərazi vahidləri yaratmışdı ki, imperiya dağıldıqdan sonra da Cənubi Qafqazda 3 respublika yaranarkən, onların arasında ərazi mübahisələri müharibə həddinə çatmışdı. O cümlədən də, Zəngəzur da həmin iddia edilən ərazilərdən biri idi.

Ermənilər Azərbaycanın torpaqlarında “Ararat Respublikası” adlanan ərazilərlə kifayətlənməyib çox geniş ərazilər üzərində xəritələr tərtib edərək əsassız iddialarını gerçəkləşdirməyə çalışırdılar. O iddialardan da biri Zəngəzur qəzası idi. Hələ 1918-ci ildə Andranik orada çox böyük qətliamlar törətmişdi, o cümlədən  cümhuriyyət dönəmində də bu hərbi əməliyyatlatları davam etdirirdilər. 1919-cu il noyabrın 23-də Azərbaycan Cümhuriyyəti ilə ermənilər arasında bağlanan sazişə görə qoşunların Zəngəzurdan çıxarılması birtərəfli qaydada həyata keçsə də, ermənilər kütləvi şəkildə Zəngəzurda dinc müsəlman əhaliyə divan tutdular. O baxımdan, Zəngəzurdan əhali Azərbaycan parlamentinə teleqramlar göndərir, erməni vəhşətlərini anladırdılar. Təbii ki, ermənilər təkcə o ərazilərlə kifayətlənmirdi, 1920-ci ilin martında Qarabağda qiyam qaldırdılar. Qurulan böyük plana əsasən, nəinki Qarabağdakı ermənilər həm də digər ermənilər də ayağa qaldırılaraq cümhuriyyətin süqutunu təmin etməli idilər. Lakin Qarabağ qiyamını Azərbaycan ordusu heç bir xarici qüvvənin köməyi olmadan yatırdı.

1920-ci ilin aprel ayında görkəmli Azərbaycan sərkərdəsi Həbib Səlimov hökumətə teleqram vuraraq Zəngəzura hərəkəti davam etdirməsi barədə soruşmuşdu. Həmin gün Azərbaycan Cümhuriyyətinin mövcud olduğu son gün idi. Həmin gün 11-ci  Qızıl Ordu hücum edərək qısa müddətdə Azərbaycan ərazilərini işğal edib cümhuriyyəti devirdi”.

F. Əhmədova həmçinin qeyd edir ki, Zəngəzurun Ermənistana verilməsi bəyanatı Azərbaycan tərəfindən verilmişdi:

“Zəngəzurun dağlıq hissəsinin Ermənistana verilməsi barəsində fikrin məhz Azərbaycan tərəfindən səsləndirilməsi sənəddə öz əksini tapmışdı. Beləliklə, 1920-ci ilin noyabrının sonunda Azərbaycan Sovet hökuməti tərəfindən bəyanat şəklində bildirilir ki, Zəngəzurun dağlıq hissəsi Ermənistan SSSR-ə verilir, düzən hissəsi isə qalır Azərbaycan SSSR tərkibində.

Təkcə Ermənistanda mövcud olan hakimiyyəti şirnikləndirib yeni sovet hakimiyyətinə dəstək verməkdən əlavə burada strateji məsələ o idi ki, həmin dönəmdə Türkiyə ilə olan əlaqələrin kəsilməsi idi. Naxçıvan Mustafa Kamalın dili ilə desək, “Türkün qapısı” idi. Zəngəzurun dağlıq hissəsinin getməsilə Naxçıvanla, yəni Türkiyə ilə əlaqələr kəsilirdi. Ona görə də indi Zəngəzur dəhlizinə türk dünyasını birləşdirən dəhliz deyilir. Zəngəzur dəhlizinin yenidən gündəmdə olması Azərbaycanın, eləcə də türk dünyasının maraqlarına xidmət edən məsələdir. Azərbaycanın milli maraqlarına qarşı olan qüvvələr bu dəhlizin açılmasına imkan vermək istəmir”.

İğdır-Naxçıvan boru xəttinin çəkilməsinin dünyaya beynəlxalq mesaj olduğunu diqqətə çatdıran tarixçi alim bu sazişin vacibliyini qeyd edib:

“Digər tərəfdən də Azərbaycan Prezidentinin Zəngəzurun tarixən Azərbaycan torpağı olması və onun Azərbaycan xalqının iradəsi xaricində alınaraq Ermənistana verilməsini xatırlatması təsadüfi deyil. Çünki nəticə etibarilə Naxçıvan əhalisi faktiki olaraq onun əzabını yaşayır. Blokadada yaşayırlar, qaz, enerji xalqın problemli məsələləri olub. İğdırdan boru xəttinin çəkilməsi beynəlxalq aləmə mesaj olmalıdır ki, necə olur ki, Azərbaycan öz ərazisində olan torpaq hissəsindən başqa dövlətin ərazisindən qaz çəkməklə qaz təminatı məsələsini gerçəkləşdirir”.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 07 Mart 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri