Icma.az
close
up
RU
II Qareginlə bağlı dəhşətli faktlar: “üçbaşlı yırtıcı” kimdir?

II Qareginlə bağlı dəhşətli faktlar: “üçbaşlı yırtıcı” kimdir?

Icma.az, News24 saytına istinadən bildirir.

“Rusiya Ermənistanın suverenliyini ləğv etmək, Robert Köçəryan, II Qaregin və Serj Sərkisyan kimi marionetləri vasitəsilə bizi quberniyaya çevirmək istəyir. Moskva onların qarşısına bu vəzifəni qoyub”.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bunu erməni din adamı, bütün ermənilərin katolikosu II Qareginin keçmiş köməkçisi Xoren Ovannisyan deyib.

“Serj Sərkisyan və Robert Köçəryan bu gün vəzifədə deyillər, limitsiz pulları, təsir rıçaqları və media qurumları olsa da, çevriliş edib öz marionetlərini hakimiyyətə gətirə bilmirlər. Onların son ümidləri bu üçbaşlı yırtıcı Ktriç Nersisyandır (II Qaregin). Bu yırtıcı ölkəmizin inkişafına imkan vermək istəmir. Robert Köçəryan və Serj Sərkisyan artıq iki dəfə hərbi çevriliş edib: 27 oktyabr və 1 martda qanımızı töküblər, Ktriç Nersisyan isə ermənilərin tökülən qanına xeyir-dua verib.

Moskvanın da ümidi bu qocayadır, amma bir ildir çaxnaşmalar, təlatümlər olur, bacarmırlar.

Yarımcan Samvel Karapetyan da göndərildi ki, gəlsin, birləşsinlər və işlərini görsünlər. Bu, “Ruben Vardanyan 2” layihəsi idi”.

Ovannisyanın sözlərinə görə, Rusiya vaxtilə Ruben Vardanyanı Qarabağa Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün göndərsə də, bu planı baş tutmayıb.

Din adamı II Qareginin vaxtilə SSRİ KQB-sinə, bu gün isə Rusiya kəşfiyyatına işlədiyini vurğulayıb:

“Mən dəfələrlə demişəm, indi də təsdiq edirəm ki, II Qaregin Rusiya xüsusi xidmət orqanlarının agentidir, ölkəmizə göndərilmiş “Troya atı”dır və bu gün onun vasitəsilə şimal qonşumuz ölkəmizə zərbələr endirməyə çalışır.

Bir neçə ay əvvəl müxtəlif platformalarda bəyan etmişdim ki, o, 1979-cu ildə Almaniyadan agent kimi ifşa olunaraq Moskvaya əli qandallı deportasiya edilib. Mən bəyan etmişəm ki, Ktriç Nersisyan məni buna görə məhkəməyə verə bilər. Amma mən onun deportasiya olunduğunu sübut etmək üçün məhkəməyə müraciət edəcəyəm.

Üstəlik, 2005-ci ildə Almaniyadakı erməni icmasının liderindən dəvət alaraq Almaniyaya getmək və o vaxtkı kansler Angela Merkellə görüşmək istəyib. Bunu eşidər-eşitməz Merkel görüşdən imtina edib. Həmin məktublar indi həm Almaniyada, həm də Eçmiədzindədir. Qaregin qorxur və səfər proqramını ləğv edir. Bütün dəlillər əlimdədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 İyun 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri