Icma.az
close
up
RU
III Şuşa Qlobal Media Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı

III Şuşa Qlobal Media Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda müstəqillik dövründə mətbuat həmişə dövlətin qayğısı ilə əhatələnib.Neçə-neçə beynəlxalq tədbir işğaldan azad olunmuş Şuşa şəhərində keçirilib.Belə tədbirlərdən biri Media Forumu oldu – Şuşada III Qlobal Media Forumu keçirildi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda çıxışında bu forumun ənənə xarakteri aldığını, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac olduğunu da qeyd etdi.

Uzun müddət Ermənistanın Azərbaycandan ərazi iddiası Azərbaycanın istər siyasi, istər beynəlxalq, istərsə də iqtisadi inkşafında müəyyən ləngimələr yaratdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında vurğuladı ki, “...işğal zamanı məhz bu yerdə seperatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi.Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvasını“ dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik.Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan hotel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Hazırda Qələbə muzeyinin tikinti işləri aparılır”. Azərbaycanda müstəqillik dövründə mətbuat həmişə dövlətin qayğısı ilə əhatələnib. Neçə-neçə beynəlxalq tədbir işğaldan azad olunmuş Şuşa şəhərində keçirilib. Belə tədbirlərdən biri Media Forumu oldu – Şuşada III Qlobal Media Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda çıxışında bu forumun ənənə xarakteri aldığını, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac olduğunu da qeyd etdi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Qarabağ münaqişəsi başa çatandan sonra sabitliyin, təhlükəsizliyin və inkşaf üçün perspektivlərin daha aydın və geniş olduğunu da, Azərbaycanın tədricən ayağa qalmağa, dirçəlməyə başladığını da, ABŞ,Fransa və Rusiya prezidentləri səviyyəsində status – kvonun qəbul edilməz olduğu bəyan ediləndə Azərbaycanın bunu böyük həvəslə qarşıladığını, Ermənistanın ərazimizi işğal etdiyi vaxtlarda ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində Azərbaycana sanksiyalar tətbiq edildiyini xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, “Bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır“. Bu qətiyyət xarici siyasətimizin heysiyyət simvolu kimi tarixləşdi.Dövlət başçımız dedi: “Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır.Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz.Ermənistan nə etmək istəyir ? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail müharibəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirdilər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər.Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçididir“. Əminliklə söləmək olar ki, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın dayanıqlı inkişafını təmin edən amilləri əsaslı şəkildə diqqətə çatdırdı. Eyni zamanda sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara da xüsusi diqqət yönəltdi. Bildirdi ki, Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması məsələləri həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bu da öz növbəsində bölgə üçün çox böyük yeniliklərə, dəyişikliklərə gətirib çıxaracaqdır.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri