Icma.az
close
up
RU
İİTKM Azərbaycan və Çin arasında səhiyyədə süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

İİTKM Azərbaycan və Çin arasında səhiyyədə süni intellektin tətbiqinə dair beynəlxalq seminar təşkil edib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşkilatçılığı, Çin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzi və “Beijing Blue Satellite Communication Technology Co., Ltd.” şirkətinin tərəfdaşlığı ilə “Süni intellekt həlləri ilə səhiyyədə rəqəmsal transformasiya: Azərbaycan–Çin təcrübə mübadiləsi” mövzusunda onlayn seminar keçirilib. Məqsəd süni intellekt (Sİ) texnologiyalarının səhiyyə sisteminə inteqrasiyası üzrə Çin təcrübəsinin öyrənilməsi, Azərbaycanın səhiyyə sektorunda tətbiq imkanlarının müzakirəsi və iki ölkə arasında bu sahədə əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

XQ xəbər verir ki, tədbirdə 30-a yaxın dövlət qurumu, o cümlədən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,  Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB həmçinin Azərbaycanın aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki,  bu il Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda rəqəmsal iqtisadiyyatın və sənayenin rəqəmsal transformasiyasının dəstəklənməsi xüsusi vurğulanıb. Digər tərəfdən, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və hazırlanma prosesi davam edən 2027–2030-cu illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası ölkəmizdə Sİ ekosisteminin formalaşdırılmasını, insan kapitalının gücləndirilməsini və süni intellekt texnologiyalarının sosial, iqtisadi və idarəetmə proseslərinə inteqrasiyasını nəzərdə tutur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu istiqamətdə birgə layihələrin icrasını genişləndirməklə, xüsusən süni intellekt, ağıllı səhiyyə, teletibb və yaşıl texnologiyalar sahələrində qarşılıqlı təcrübə mübadiləsinə dəstək verir. Azərbaycanla Çin arasında keçirilən bu görüş də yeni əməkdaşlıqların qurulması, birgə layihələrə start verilməsi və qarşılıqlı etimadın daha da möhkəmlənməsi baxımından faydalı olacaq.

Sonra çıxış edən Çin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzinin direktoru Yin Xiaomeng və digər rəsmi nümayəndələr Azərbaycanla Çin arasında innovasiya və süni intellekt sahəsində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb, bu istiqamətdə birgə təşəbbüslərin gələcək perspektivlərini dəyərləndiriblər.

“Beijing Blue Satellite Communication Technology Co., Ltd.” şirkətinin baş icraçı direktoru Lan Feng “Çin təcrübəsində süni intellekt əsaslı səhiyyə həlləri”  mövzusunda təqdimatla çıxış edib. O, şirkətin teletibb və süni intellekt əsaslı rəqəmsal səhiyyə sahəsində tətbiq etdiyi texnoloji yeniliklər, o cümlədən ağıllı tibbi monitorinq, ilkin diaqnostika və tibbi görüntülərin avtomatlaşdırılmış təfsiri, hesabatların keyfiyyətinə nəzarət, erkən xəbərdarlıq mexanizmləri, habelə fövqəladə hallarda rabitə əlaqəsinin fasiləsiz təmin edilməsi üzrə həllər barədə məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri