Icma.az
close
up
RU
İİVə yoluxan şəxslərin preparatlarla təminatı dövlət tərəfindən ödənişsiz qaydada həyata keçirilir AZƏRTAC

İİVə yoluxan şəxslərin preparatlarla təminatı dövlət tərəfindən ödənişsiz qaydada həyata keçirilir AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

“İİV-ə yoluxan şəxslərin müalicəsi antiretrovirus terapiya adlanır. Müalicə Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında aparılır. Xəstələrin ARV preparatlarla təminatı dövlət tərəfindən ödənişsiz, konfidensial qaydada həyata keçirilir”.

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

O qeyd edib ki, xəstələrdə İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar: “Xəstələrlə həkim infeksionistlər, psixoloqlar tərəfindən məsləhətləşmələr aparılır. Mərkəzin mütəxəssisləri tərəfindən hər bir xəstəyə individual yanaşma, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılır.

İİV-ə yoluxan şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində ambulator və stasionar şəraitdə aparıla bilər. Xəstədə yanaşı xəstəliklər müşahidə olunduğu təqdirdə həmin ağırlaşmaların ixtisaslaşmış diaqnostikası və ARV terapiya qəbulu zamanı müşahidə olunan yan təsirlərin idarə olunması məqsədilə xəstələr stasionar şöbədə öz müalicələrini davam etdirirlər. Daha spesifik xarakterli ağırlaşmalar aşkar olunan zaman, məsələn, vərəm, onkoloji xəstəliklər zamanı İİV-ə yoluxan şəxslər həmin xəstəliklər üzrə ixtisaslaşmış digər tibb müəssisələrinə yönləndirilirlər”.

Mərkəz direktoru regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəsi ilə bağlı məlumat verib: “Mərkəzdə qeydiyyatda olan və regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəyə əlçatanlağının təmin olunması məqsədilə antiretrovirus preparatların təminatı regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir. Həmçinin, İİV-ə müayinələrin regionlarda yaşayan əhali üçün əlçatanlığını təmin etmək məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir”.

Mütəxəssis İİV-dən qorunmaq üçün görüləcək tədbirlər barədə danışıb. Onun sözlərinə görə, ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir: “Biz hər zaman qeyd edirik ki, profilaktika müalicədən daha yaxşıdır. Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Eyni zamanda istərdim təmasdan öncə (TÖP) və təmasdan sonra profilaktika (Postkontakt profilaktika) barədə də məlumat verim. Artıq uzun müddətdir ki, ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. TÖP İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının sxem üzrə qəbulundan ibarətdir. Xüsusilə qeyd etmək istərdim ki, təmasdan öncə profilaktikanın əhatə dairəsi artıq ölkədə bütün risk qrupları arasında genişləndirilib.

Postkontakt profilaktika isə artıq uzun illərdi ki, ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, şpris ucluqları batan zaman, həmçinin tibb işçiləri arasında İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmədən yoluxmanın qarşısının alınması üçün mərkəzə müraciət etmək tövsiyə olunur. Burada vacib məqam ondan ibarətdir ki, təmasdan sonra profilaktika 72 saat ərzində həyata keçirilməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri