İki Avropa ölkəsi Rusiya qazının idxalına qadağa qoymaqdan imtina etdi
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belçika və Fransa Rusiya qazının Avropa İttifaqına idxalına qoyulan qadağaya dəstək verməkdən imtina edirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, bu iki Avropa ölkəsinin hakimiyyətləri qadağanın mümkün qəbulunun iqtisadi və hüquqi nəticələrinə dair "daha təsdiqlənmiş məlumatlar" tələb edirlər.
"Avropa İttifaqında Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) iki ən böyük alıcısı Brüsselin Moskvaya qaz tədarükünü qadağan etmək planını təsdiqləməkdən imtina edir. Onlar iddia edirlər ki, yekun qərar qəbul etməzdən əvvəl bu addımın iqtisadi və hüquqi nəticələri ilə bağlı əlavə təminata ehtiyac duyurlar", - deyə nəşr yazıb.
Məqalədə iddia edilir ki, Paris alternativ enerji mənbələrinin tapılması strategiyasını həyata keçirməyi planlaşdırır. Belçika hakimiyyəti isə Rusiya qazından imtinanın nəticələri ilə bağlı qərar qəbul etməmişdən əvvəl hesabat almağı düşünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















