Icma.az
close
up
RU
İki ay əvvəlki qəza ilə bağlı istintaq tədbirləri görülməyib Sürücünün iddiasına RƏSMİ CAVAB

İki ay əvvəlki qəza ilə bağlı istintaq tədbirləri görülməyib Sürücünün iddiasına RƏSMİ CAVAB

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Nəsimi rayon sakini Nəriman Mehdi oğlu Hacızadə iki ay əvvəl baş verən yol-nəqliyyat hadisəsi barəsində rəsmi istintaq tədbirlərinin görülmədiyini iddia edib.

Bu barədə Oxu.Az-a müraciət edən sakin qeyd edib ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti alıb.

"Mən 28.04.2025-ci il tarixində səhər saatlarında etibarnamə əsasında idarə etdiyim 99-K-395 dövlət nömrə nişanlı motosikletlə Bakı şəhərinin Azadlıq prospektində, metronun "28 May" stansiyası istiqamətində hərəkətdə olarkən, Amerika Birləşmiş Ştatlarının Səfirliyinin yaxınlığında yol-nəqliyyat hadisəsinə düşmüşəm. Belə ki, 90-YT-230 dövlət qeydiyyat nişanlı, BYD markalı avtomobilin sürücüsü Səfa Kərimov köməkçi yoldan əsas yola çıxarkən - yəni sağdan sola dönmə manevrini yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həyata keçirib və mənim idarə etdiyim motosikletə çırpılıb. Qeyd olunan hərəkət nəticəsində mən ağır bədən xəsarəti almışam: sağ bud sümüyüm sınıb və təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişəm", - deyə o bildirib.

"Hadisə zamanı qarşı tərəf mənə heç bir ilkin yardım göstərməyib, nə hadisə zamanı, nə də xəstəxanada mənimlə maraqlanmaq üçün müraciət etməyib. Daha sonrakı günlərdə isə məlum oldu ki, hadisənin araşdırılması üçün cavabdeh olan Nəsimi Rayon Polis İdarəsinin tədqiqatçısı Muxtar Həsənov məzuniyyətə çıxıb və onun işinə heç bir nəzarət olunmayıb. Bu səbəbdən hadisədən artıq bir ay keçməsinə baxmayaraq, rəsmi istintaq tədbirləri görülməyib.

"102" xidmətinə dəfələrlə zəng etməyimə baxmayaraq, hadisənin araşdırılması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Mənə qarşı törədilmiş bu hərəkət, həm Cinayət Məcəlləsinin 263-cü maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması), həm də nəzərdə tutulan məsuliyyətsizlik (kömək göstərməmək) halları ilə əhatə olunur", - deyə zərərçəkmiş qeyd edib.

O, yol-nəqliyyat hadisəsinin obyektiv və hərtərəfli araşdırılmasını təmin edilməsini, hadisə nəticəsində sağlamlığına və əmlakına dəyən zərərə hüquqi qiymət verilməsini, sürücü Səfa Kərimovun məsuliyyətə cəlb olunması istiqamətində qanuni tədbirlərin görülməsini istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxtın Nəsimi rayonu ərazisində BYD markalı avtomobillə motosikletin toqquşması ilə bağlı ərazi polis orqanına müraciət daxil olub:

"Qəza iştirakçıları polis orqanına dəvət olunaraq izahatları alınıb. Hazırda yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyun 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see319

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see183

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see179

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see144

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see141

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see140

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see138

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see132

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see131

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see126

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see125

Suriyada toyda qumbara partladılıb Xeyli sayda yaralı var

13 Dekabr 2025 05:54see122

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri