Icma.az
close
up
RU
İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub

İki böyük Azərbaycan şairinin Türkiyə türkcəsinə çevrilmiş əsərlərinin təqdimatı olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 19 may, AZƏRTAC

Türkiyənin Amasya vilayətində davam edən 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə işıq üzü görmüş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “İskəndərnamə” və XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərlərinin Türkiyə türkcəsinə çevrilmiş və nəfis şəkildə nəşr edilmiş kitabların təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə sərgi ziyarətçiləri, ədəbiyyatsevərlər, məktəblilər iştirak ediblər.

Toplantının moderatoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Azərbaycan ədəbiyyatında hər iki şairin yaradıcılığı, zəngin irsi, əsərlərinin başlıca ideyaları – Azərbaycan, Türk dünyası ədəbiyyatının zirvəsi kimi tədqiq və təbliği, poeziyamızda sələf-xələf münasibətlərinin ardıcıllığı barədə çıxış edib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi və Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında danışaraq, Azərbaycan dövlətinin bu cür şəxsiyyətlərin irsinin tanıdılması və təbliği istiqamətində mühüm layihələr həyata keçirdiyini, dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2021-ci il “Nizami Gəncəvi İli” elan edildiyini, 2025-ci ildə isə Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalandığını söyləyib. O, bəşər mədəniyyətinə misilsiz töhfələr bəxş etmiş Azərbaycan mədəniyyəti və ədəbiyyatı, onun Türkiyədə tədqiqi, təbliği və tədrisi istiqamətində görülən işlər barədə danışaraq, gerçəkləşdirilən layihələr, dahi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin, habelə Nizami Gəncəvi haqqında elmi və bədii nəşrlərin Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə mərhələli şəkildə Türkiyə türkcəsinə tərcümə edilərək qardaş ölkə oxucularına təqdim edildiyini söyləyib.

Çıxışçılar Azərbaycan Mədəniyyət Mərkəzinin Türk Mədəniyyəti İrsi Fondu ilə birgə həyata keçirdiyi digər layihə – Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri haqqında danışıblar. Əsərin Türkiyə türkcəsinə tərcümə edilərək nəşrinin əhəmiyyətli olduğunu, gələcəkdə onun Türkiyədə teatrlarında səhnələşdirilməsinə yol açacağını bildiriblər.

Azərbaycan Respublikası Kitabxana Kollektorunun direktoru, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, şair, yazar Fərid Hüseyn Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri haqqında danışıb, əsərin Türkiyə türkcəsinə çevrilərək nəşrinin türkiyəli oxucuların Bəxtiyar Vahabzadə əsərlərindən öyrənə biləcəyi məqamları diqqətə çatdırıb. O, Bəxtiyar Vahabzadənin şeirlə yanaşı, tariximizin bir çox hadisələrini canlandıran dram əsərlərinin gənc nəslin tərbiyəsində böyük rol oynadığını, onun pyeslərinin Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulduğunu söyləyib.

Azərbaycan ədəbiyyatının hər iki dahi şairinin – Nizami Gəncəvi və Bəxtiyar Vahabzadənin əsərlərindən səsləndirən bədii parçalar iştirakçılar tərəfindən maraqla qarşılandı.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri