Icma.az
close
up
RU
İki dəfə ucuz alırıq, hər kəsin evində var Marketlər bizi belə aldadır

İki dəfə ucuz alırıq, hər kəsin evində var Marketlər bizi belə aldadır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vaxtaşırı kərə yağları ilə bağlı monitorinqlər keçirsə də, nəticə vətəndaşları qane etmir. İddia olunur ki, qüsurlu məhsullar yenidən satışa çıxarılır. Bu fonda kərə yağlarına tətbiq edilən endirimlər diqqət çəkir. Məsələn, bəzi marketlərdə bir sıra məhsulların qiyməti 20-22 manatdan, 10-12-yə qədər endirilir.

Xalis kərə yağının qiyməti necə olmalıdır? 10-12 manatlıq məhsullar nədir?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, 12 manata nə yerli, nə də xaricdən gətirilən təbii kərə yağı var:

“Yağın maya dəyəri aşağı olsa da, məsələn, Yeni Zelandiyadan Azərbaycana gətirilən kərə yağları minimum 20–21 manata başa gəlir. Bundan başqa, Almaniya və Fransadan keyfiyyətli və təbii kərə yağları idxal edilir. Bu məhsulların etiketləri şəffaf və düzgün şəkildə hazırlanır. Lakin bəzi hallarda marketlərdə istehlakçılar aldadılır. Məhsulun üzərində inək şəkli və “natural” sözü qeyd edilir, amma kiçik şriftlə tərkibində bitki yağlarının olduğu yazılır. Bu, xüsusilə ucuz qiymətə satılan yağlara aiddir. Həmçinin, ara marketlərdə, kənd məhsulları satılan dükanlarda və bazarlarda “nənəmin yağı” adı ilə təqdim edilən məhsulların əksəriyyəti, marqarin və ucuz bitki yağlarının qarışımından hazırlanır. Belə yağlar 10–12 manata satılır”.

Eyyub Hüseynov

Ekspert bildirib ki, bəzən rayonlardan gətirilən məhsullar aldadıcı olur:

“Bakının mərkəzində qaymaq satan bir dükan var. Araşdıranda görürsən ki, məhsulların qaymaqla heç bir əlaqəsi yoxdur və bitki yağlarının qarışığıdır. Təəssüf ki, AQTA fərdi təsərrüfatlarda istehsal olunan belə yağlara nəzarət edə bilmir. Çünki belə məhsullar agentliyin reyestrindən keçməyib. Market şəbəkələrində nəzarət tədbirləri isə daha sərtdir. Ümumiyyətlə, normal keyfiyyətli kərə yağının qiyməti 20 manatdan aşağı ola bilməz. Hətta dünyanın ən ucuz və keyfiyyətli yağ istehsal edən ölkəsi Yeni Zelandiyadan gətirilən yağlar da 22–25 manatadır. Bu, bazar reallığıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri