Icma.az
close
up
RU
İki dünya nəhəngi daxilində gərginlik artdı Aİ və NATO da böhran pik həddə

İki dünya nəhəngi daxilində gərginlik artdı Aİ və NATO da böhran pik həddə

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər Ukrayna ətrafında baş verən proseslər Avropa İttifaqı (Aİ) və NATO daxilində ciddi fikir ayrılıqlarını gün üzünə çıxarıb. Xüsusilə Kiyevə təhlükəsizlik təminatının verilməsi və hərbi dəstək məsələlərində üzv dövlətlər arasında ziddiyyətli mövqelər formalaşıb. Bu vəziyyət həm Aİ-nin, həm də NATO-nun gələcəyi ilə bağlı parçalanma ehtimallarını gündəmə gətirir. Xüsusilə Avropa İttifaqının daxili birliyinin sarsıldığı, müəyyən hallarda isə parçalanma təhlükəsi ilə üz-üzə olduğu iddiaları səsləndirilir.

Ukrayna məsələsi həqiqətən də Aİ və NATO-nun sonunu gətirə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Xəqani Cəfərli deyib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı dağılıb.

Onun fikrincə, məhz buna görə də həmin dünya nizamının məhsulu olan bütün təşkilatlarda böhran müşahidə olunur:

“Bu, NATO və Avropa İttifaqına da aiddir. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi dünya nizamının dağılmasında son hadisə olduğu üçün bütün təşkilatlardakı böhranı daha qabarıq üzə çıxarıb. Hər kəs anlayır ki, BMT başda olmaqla beynəlxalq təşkilatların yenidən formalaşmasına, formatlanmasına ehtiyac var. Ancaq bu, NATO və Aİ-nin parçalanacağı anlamına gəlmir”.

Xəqani Cəfərli

X.Cəfərli düşünür ki, NATO və Avropa İttifaqının yenidən formatlanması uğurla başa çatsa, indikindən qüvvətli təsisatlara çevrilə bilərlər:

“Avropa İttifaqı ilə bağlı məsələ daha aydındır. Bu birlik nəticəsində Avropa qitəsi tarixinin ən böyük yüksəlişinə, dünyada həyat səviyyəsinin ən yüksək səviyyəsinə nail olub. Bundan imtina etmək mümkün deyil. Əlbəttə, Aİ-nin əleyhinə olan qüvvələr var. Ancaq onlar birlik tərəfdarlarından qat-qat zəifdirlər. Buna görə də Aİ-nin dağılacağı ehtimalı mövcud olan bütün təsisatların dağılma ehtimalından azdır”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri