İki gün arıqlama həbsxanasında oldu: orada əslində nə baş verir VİDEO
Icma.az, Lent az saytına istinadən bildirir.
Tikanlı məftillər, müşahidə kameraları, sərt qidalanma qaydaları və yorucu məşqlər... yutuber Sten Brauni Çində “arıqlama həbsxanası” adlandırılan düşərgədə 50 saat keçirərək burada yaşadıqlarını videoya çəkib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, cəzaçəkmə müəssisəsini xatırladan bu düşərgəyə insanlar könüllü gəlirlər. Onlar arıqlamaq üçün ayda 330-780 funt sterlinq ödəyirlər.
Proqrama qidalanmaya ciddi nəzarət, gündəlik fiziki yüklənmə və nəticələrin mütəmadi izlənilməsi daxildir.
Gündə iki dəfə çəkilirlər
Düşərgə iştirakçıları gündə iki dəfə tərəziyə çıxarılır və hər biri üçün gündəlik çəki azaltma hədəfi müəyyənləşdirilir. Nəzərdə tutulan nəticəni əldə edə bilməyənlər əlavə məşqlər etməli olurlar.
Hamıya eyni yeməklər verilir. Qida rasionu əsasən zülallı məhsullardan və tərəvəzlərdən ibarətdir, karbohidratların miqdarı isə minimuma endirilib. Bir yemək payının enerji dəyəri təxminən 350 kaloridir.
İki günə yeddi ağır məşq
Təcrübəyə başlamazdan əvvəl blogerin çəkisi 82,9 kiloqram olub. İki gün ərzində yeddi yorucu məşqdən sonra onun çəkisi 80,5 kiloqrama düşüb.
Bununla belə, Brauni itirdiyi 2,4 kiloqramın böyük hissəsinin yağ deyil, su olduğunu vurğulayıb.
Sürətli arıqlama sağlamlıq üçün risk yarada bilər
Nəşrin yazdığına görə, arıq görünmək meyli və arıqlama dərmanlarına alternativ axtarışı Çində belə düşərgələrə marağı artırır.
Lakin materialda həkimlərin sürətli çəki itkisi ilə bağlı xəbərdarlığı da yer alıb. Bildirilir ki, həddindən artıq sürətlə arıqlamaq əzələ itkisinə, zədələrə, qida maddələrinin çatışmazlığına və psixoloji problemlərə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Noyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















