Icma.az
close
up
RU
İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 20 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Gürcüstanın Batumi şəhərində fəaliyyət göstərən “M.F. Axundzadə adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyəti” əhatə dairəsini genişləndirib.

Cəmiyyətin rəhbəri Rövşən Namazov AZƏRTAC-a bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, tədris materialları və mədəniyyət mərkəzləri vasitəsilə tarixi vətənlə sıx əlaqələrin saxlanılmasında mühüm rol oynayır. Bu minvalla yeni fəaliyyətə başlamış xeyriyyə cəmiyyəti kimi yerli təşkilatlar dil kursları, mədəni tədbirlər və gənclərlə iş vasitəsilə soydaşlarımızın bir araya gəlməsinə və milli şüurun güclənməsinə dəstək verir.

Bu təşəbbüs yalnız dil və mədəniyyətin qorunması ilə məhdudlaşmır, həm də Batumidə yaşayan soydaşlarımızın sosial-iqtisadi və ictimai həyatda daha fəal iştirakına zəmin yaradır. Gürcüstanın çoxmədəniyyətli mühitinə uğurla inteqrasiya edən azərbaycanlı gənclər, eyni zamanda öz köklərinə və milli dəyərlərinə bağlılıqlarını bu kimi platformalar vasitəsilə daha da möhkəmləndirirlər.

Onun sözlərinə görə, Cəmiyyətin yaxın dövr üçün müəyyənləşdirdiyi fəaliyyət proqramı genişmiqyaslı tədbirlər kompleksini əhatə edir. Tədbirlər proqramına ana dilinin eləcə də, yerli cəmiyyətə inteqrasiyanı asanlaşdırmaq məqsədilə gürcü dili və xarici dil kurslarının təşkili, Azərbaycanın zəngin tarixi və mədəniyyətini tanıdan sərgilər, ədəbi-bədii gecələr və milli bayramların birgə təntənəli qeyd olunması, regionda yaşayan ehtiyacı olan soydaşlarımıza, eləcə də Batumidə təhsil alan tələbələrə sosial və mənəvi dəstəyin göstərilməsi nəzərdə tutulub.

"Atılan bu addım Azərbaycan və Gürcüstan arasında əsrlərə söykənən dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mədəni-humanitar müstəvidə daha da dərinləşməsinə xidmət edir. “M.F. Axundzadə adına Gürcüstan - Azərbaycan Xeyriyyə Cəmiyyəti” də regionda mədəni dialoqun inkişafına və iki xalq arasındakı sarsılmaz tellərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir" -deyə, Rövşən Namazov bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri