Icma.az
close
up
RU
İki müqəddəs, bir amal

İki müqəddəs, bir amal

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Lalə Mehralı

Hər dəfə görəndə kədərlənirəm, Ekologiya Nazirliyinin nişanladığı, "birka" qoyduğu ağacların hər yeri siqaret damğası, hər oyuğu siqaret kötüyü ilə doludur. Markalanmış ağacı külqabı kimi istifadə etmək - özü də zibil qablarının biraddımlığında - bu artıq qanmazlığın üst mərhələsidir.

Şəhərin mərkəzi parklarında bir ağac, bir gül salamat qalmayıb. "Filankəs+filankəs" tipli yazılar doludur hamısının üstündə. Bıcaqla, dırnaqla, qələmin ucu ilə - nə ilə oldu qazıyıblar ağacları, bitkiləri. Ağlınız artdı yazandan sonra? Ya müqabilində mükafat aldınız? O filankəsə olan sevdanızı özünə deyin, ovcuna yazın, qəlbinizə yazın, ağacı niyə yazırsınız?

Parklardakı skamyalar dəlik-deşik, siqaret yanığı, bıcaq oyması...

Mən tez-tez yazıram mədəniyyət məsələlərindən, yoluxucu mədəniyyətsizliyimizdən, epidemiya halını almış vəziyyətimizdən. İnsan yaşadığı cəmiyyətdə belə şeylər görəndə kədərlənir, mədəni olmağı umduğu insanlardan qeyri-adekvat hərəkət görəndə təəssüf edir. Sən maksimum mədəniyyət nümayiş etdirirsən, qarşında başqa biri ağaca dağ basır, gülləri yolur, abidələrə zərər verir. Çox uzaq olmayan yaxın keçmişdə milli parkdakı gül rəzalətini hamımız görmüşdük, elə deyil?

Müharibədən sonra şəhid xatirəsinə qarşı da belə bir qanmazlığın içinə düşdü cəmiyyət. Hərə öz bildiyi kimi əydi-bükdü o xatirəni, hərə öz İP qazancına alət etdi. Sosial şəbəkə aludəliyi insanların düşüncə qabiliyyətini alıb əlindən. Biri məzarını yarıb oradan şəhidi diri çıxartdı effektlə, biri şəhidi danışdırdı, biri güldürdü, biri ağlatdı, biri oynatdı, bizi şeir dedirtdi.

Bütün bunlar azmış kimi şəhidə toy edən, toyda maketini qoyub qabağında oynayanlar da peyda oldu. Şəhid bacısını öz toyunda qardaşının maketi ilə oynamağa məcbur edənlər Aydan, Marsdan gəlməyib ki, bizim içimizdən çıxıb. Şəhidin ad günündə məzarı üstündə qonaqlıq süfrəsi təşkil edib üzərinə şəkli həkk olunmuş tortu anasına kəsdirmək üçün dəridən-qabıqdan çıxanlar da bizdəndir. O ananın o an yaşadıqları, övladının fotosuna bıçaq vurmağa qıymayıb kənarını kəsməsi o tortu o məzarın üstündə yeyənlərin niyə boğazında qalmadı?

Mən sizə bir dəfə şəhid Əli Tağıyevdən danışmışdım, doğulduğu, böyüdüyü, cəbhəyə yola düşdüyü, şəhid kimi qayıtdığı evinin şəklini paylaşmışdım, evin divarındakı əzəmətli fotosunu göstərmişdim. Ailəsi onun şəhidliyindən sonra yerli icraedici orqanın köməkliyi ilə bir xatirə güşəsi yaratdı o evin divarında - səliqəli, səvyyəli. O küçə məktəb yoludur, hər gün o xatirə lövhəsinin önündən yüzlərlə məktəbli, yüzlərlə valideyn keçir. Hər keçən o əzəmətli oğlana sevgiylə, minnətdarlıq ilə baxır.

Şəhidə toy edənlər, torta rəsmini həkk edib sonra o tortu yeyənlər anlamaz bu ikisi arasındakı fərqi.

Əgər şəhidi əbədiləşdirmək kimi bir istəyiniz varsa, müraciət edin yerli icraedici orqana, təşəbbüs irəli sürün, onlar əbədiləşdirsin o adları, daha mədəni, daha səviyyəli və daha layiqli. “Şəhid adının əbədiləşdirilməsi” haqqında Nazirlər Kabinetinin qərarı var, orada hər şey aydınca yazılıb, şəhid adını əbədiləşdirmək üçün nə etmək lazımdır, hansı addımları atmaq lazımdır.

Necə ki bir çox məktəbdə belə etdilər. İdarə və müəssisələrdə büstləri qoyuldu, xatirə lövhələri yaradıldı. Məktəblərdə sinif otaqlarına şəhid adı verildi, əvvəl biologiya kabineti deyə bilinən otaq indi şəhid adı daşıyır, əvvəl ədəbiyyat sinfinin qapısı indi şəhidin adı ilə açılıb-örtülür. O sinifə girən uşaqlar şəhidi bilir, tanıyır, qəhrəmanlığını bilərək girib-çıxır. "Hansı sinifdə təhsil alırsan?" sualına daha "3 nömrəli", "5 nömrəli" deyə cavab vermir şagirdlər, "Polad Həşimov adına sinif", "Mahir Əsədli adına sinif", "Ülvi Rəfiyev adına sinif" deyə cavab verirlər.

Şəhid adını yerə yazmayın, ay adamlar, ayaq altında qalmaq üçün həlak olmadı onlar. Şəhidin adı yüksəyə yazılmalıdır, itin-pişiyin təbii ehtiyacını ödədiyi yerlərə yox. Şəhid adını tarixi abidələrə də yazmayın, o abidələri müqəddəs bildikləri üçün canlarını verdilər onlar. İşğalda ikən o abidələrin başına nələrin gətirildiyini bildikləri üçün getdilər o döyüşə. İki müqəddəsi qarşı-qarşıya qoymayın. Bir reels paylaşmaq uğruna, baxış qazanmaq istəyinizə qurban etməyin o adları, siz hoqqabazlıq edirsiniz, nəticədə tarixə və o tarixi yazanlara hörmətsizlik olur. Dövlətimizin amalı bəllidir - həm tarixi abidələri bərpa etmək, həm də o abidələri qanı ilə qoruyanları layiqli formada yaşatmaq.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri