“IV Divar” serialı bu gündən etibarən AzTV də VİDEO
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sentyabrın 7-dən etibarən AzTV-nin efirində yeni “IV Divar” serialı tamaşaçılara təqdim olunacaq.
Serial 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş verən dəhşətli qətliamın illər sonra yaratdığı təsirlərdən və insanların taleyində buraxdığı izlərdən bəhs edir.
Zaman keçsə də, həmin gecənin səssizliyi dağılmır. Hadisədən 30 il sonra bir-birindən ayrı düşmüş, uşaqlıq illərində saf sevgi ilə bağlanmış iki insanın yolları yenidən kəsişir.
Keçmişin sirləri, yarımçıq qalan münasibətlər və illər əvvəl baş verən hadisələrin yaratdığı izlər onların həyatında yeni mərhələnin başlanmasına səbəb olur.
“IV Divar” serialının layihə rəhbəri Həmid Əsədzadə, quruluşçu rejissoru isə Elvin Rüstəmzadədir.
Serialda İbrahim Çingiz, Firdovsi Atakişiyev, Sabirə Abdullayeva, Sənan Əlləz, Əlibəy Məmmədli, Nigar Mürsəlova, Ceyhun Məmmədov, Asiman Ağa Rövşən, Pərviz Sərxan və digər aktyorlar rol alıblar.
Qeyd edək ki, “IV Divar” serialı hər həftənin I, II və III günləri saat 23:00-da AzTV-nin efirində yayımlanacaq.
Serialın anonsunu linkə keçid edərək izləyə bilərsiniz:
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 07 Sentyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















