İki nəfərin üç milyon manatını mənimsəyən şəxsin məhkəməsi başlayıb
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Bakıda iki nəfərə qarşı dələduzluq edərək onların külli miqdarda pulunu mənimsəyən Zaur Mövlamovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin məhkəməyə təqdim etdiyi mülki iddia icraata götürülüb
Daha sonra prokuror təqsirləndirilənə ittiham aktını elan edib. İttihama görə, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Musa Əliyevə tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib. Ona məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə eldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verib.
Daha sonra Musa Əliyevdən ayrı-ayrı vaxtlarda ümumilikdə 110 340 manat pulunu alıb. Vədinə əməl etməyərək həmin məbləği ələ keçirib.
Araşdırmalarla məlum olub ki, Zaur Mövlamov tanışı Nizami Həsənovla birlikdə onun əmlakını ələ keçirmək məqsədilə özünü Rasim Aslanova tütün məmulatlarının ölkə ərazisinə idxalını və satışını təşkil edən şəxs kimi təqdim edib. Rasim Aslanova məşğul olduğu biznes fəaliyyətinə sərmayə yatıracağı təqdirdə əldə etdiyi gəlirdən pay ayıracağına dair yalan vəd verərək Rasim Əliyevdən 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2 430 490 manat alaraq dələduzluq yolu ilə ələ keçirib.
İstintaq orqanı tərəfindən Zaur Mövlamovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Zaur Mövlamov ittihamla özünü təqsirli bilməyib.
O, cari mərhələdə ifadə verməyə hazır olmadığını, vəkili ilə məsləhətləşəndən sonra növbəti iclasda ifadə verəcəyini söyləyib.
Proses fevralın 13-də davam edəcək.
Qeyd edək ki, cinayət işində adı keçən Nizami Həsənovun barəsində cinayət işi üzrə icraata Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, bəraətverici əsaslar olmadan xitam verilib.
Xatırladaq ki, Zaur Mövlamov əvvəllər hüquq-mühafizə orqanlarında işləyib. Sonradan o öz ərizəsi ilə işdən azad olunub.
Zaur Mövlamovun barəsində isə həbs qətimkan tədbiri seçilib.
Baxış sayı:93
Bu xəbər 21 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















