Icma.az
close
up
RU
İki ölkə parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

İki ölkə parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Milli Məclisin sədri Sahibə Qafarova Çinin Xarici Siyasət üzrə Xalq İnstitutunun nümayəndə heyətinin rəhbəri, Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə paytaxtımızda keçiriləcək XII Bakı Qlobal Forumunun əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemləri həll edən aparıcı beynəlxalq qurumlardan birinə çevrilib. Diqqətə çatdırılıb ki, Mərkəz yarandığı gündən qlobal ictimaiyyəti narahat edən məsələlərin müzakirə olunduğu və bu gün üzləşdiyimiz aktual problemlərin həlli yollarının axtarıldığı bir platformadır.

Milli Məclisin sədri Sahibə Qafarova Çinlə əməkdaşlığın ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Onun sözlərinə görə, hazırda ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan və Çin bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirir. Ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin qurulmasında dövlət başçılarının, qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqun xüsusi rolu var. Söhbət zamanı, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin önəmi vurğulanıb.

Görüşdə ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərə diqqət yönəldilərək, iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib. Milli Məclisin sədri parlament təmsilçiləri arasında da təmasların, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini söyləyib.

Vu Honqbo XII Bakı Qlobal Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, tədbirin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Azərbaycanın ev sahibliyi ilə COP29-un uğurla təşkil olunduğunu bildirərək, Çinin də bu prosesə öz töhfəsini verdiyini qeyd edib.

Söhbət zamanı, hazırda dünyada dəyişən geosiyasi vəziyyət, mövcud çağırışlar fonunda baş verən bir sıra proseslərin ciddi narahatlıq doğurduğu qeyd edilərək, çoxtərəfli əməkdaşlığın əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri