Icma.az
close
up
RU
İki ölkənin dəhliz narahatlığı: Azərbaycan ərazini nəzarətə götürə bilər MÜSAHİBƏ

İki ölkənin dəhliz narahatlığı: Azərbaycan ərazini nəzarətə götürə bilər MÜSAHİBƏ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Tofiq müəllim, son zamanlar Rusiya və İran tərəfinin Azərbaycanla Ermənistan arasında sülh və Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı ardıcıl açıqlamaları nədən xəbər verir?

- Moskva və Tehranın məqsədi bölgədə gedən proseslərdə yer almaqdan ibarətdir. Bunun üçün də müxtəlif bəhanələr axtarırlar. Həm də bununla ABŞ-nin bölgədə sülh yaratmaq və kommunikasiyaların açılması ilə bağlı təşəbbüslərinə də şərik çıxmaq niyyətləri var. Amma bunu nə şəkildə edəcəkləri ilə bağlı yollar düşünürlər. Sözsüz ki, burada bir çox məsələlər Ermənistandan asılıdır. Danışıqlar məhz İrəvan administrasiyası ilə aparıldığına görə bu onların görəcəyi bir işdir.

- Rusiyanın dəhlizlə bağlı iddiaları nədən ibarətdir?

- Kremlin iddiasına görə, Zəngəzurda mövcud olmuş dəmir yolu şəbəkəsi onlara məxsusdur. Bu isə həqiqətdən uzaq bir yanaşmadır. Çünki dəhlizin Mehri hissəsi Azərbaycana məxsusdur. Ermənistanın bu ərazini kiməsə verməsi qeyri-qanunidir.

- Ziddiyyət yaradacaq amillər hansılardır?

- Rusiya deyir ki, “bölgədə təhlükəsizliyi təmin edən onun əsgəridir”. Çünki Ermənistanın Türkiyə və İranla olan sərhədini rus əsgəri qoruyur. Belə bir iddia irəli sürülür ki, Zəngəzur dəhlizində (Tramp marşrutu) təhlükəsizliyi rus əsgərləri təmin edəcək. Ona görə də bu məsələlər ABŞ və Ermənistana aiddir. İndiki halda Kremlin bu məsələləri ortaya atması onunla bağlıdır ki, ABŞ dəhliz məsələsində onlarla da danışıqlar aparsın və s.

Azərbaycanın bu məsələdəki mövqeyi nədən ibarətdir?

- Sözsüz ki, rəsmi Bakının bu məsələdə ciddi arqumentləri var. Bu ilk növbədə Zəngəzurdan keçən dəmir yolu xəttinin Azərbaycan dövlətinin balansında olması ilə bağlıdır. Almatı razılaşmasının əlavələrinə uyğun olaraq bu cür mülklər Azərbaycana aid formada saxlanılmalı idi.

- Bunu necə əsaslandırmaq mümkündür?

- Belə nümunələr çoxdur, presedentlər var. Misal üçün, Latviyada Belarusa aid sanatoriya mövcuddur ki, indiyə qədər onun idarəsi olduğu kimi saxlanılıb. Yəni, Belarus dövləti həmin mülkün tam idarəçisi olaraq qalmaqdadır.

- Hüquqi cəhətdən Zəngəzur dəhlizinin keçdiyi dəmir yolu şəbəkəsinin Azərbaycana aid olması ilə bağlı hansı addımlar atıla bilər?

- Zəngəzur dəhlizinin (Tramp marşrutu) keçəcəyi və avqustun 8-də əldə edilən razılaşma bir layihədir. Burada iştirakçıların sayı ilə bağlı yanaşmalar var. Ola bilsin desinlər ki, “biz burada tunel tikəcəyik" və s. Amma bu yolun keçdiyi ərazi anlayışı var. Bu baxımdan Azərbaycanın tarixi kontekstdə arqumentləri böyükdür. Əgər, Rusiya əsassız arqumentləri ortaya çıxarırsa, buna qarşı da faktlar ortaya qoyula bilər. Bunun üçün əsaslar var. Çünki keçmiş Qarabağ münaqişəsi də məhz Zəngəzurdan başlayıb ki, vaxtilə oradan Naxçıvana gedən qatarlara ermənilər təxribat edir, daş atırdılar, yolu bağlayırdılar. Orada keçən dəmir yolu şəbəkəsinin işçiləri Azərbaycan dövlətindən maaş alırdılar. Sonrakı prosesdə Nüvədi kəndinin əhalisinin zorla deportasiya edilməsi məsələsi də həmin ssenarinin tərkib hissəsi idi. Beləliklə, işğal nəticəsində Azərbaycanın mülkiyyətində olan Zəngəzur dəmir yolu də Ermənistanın nəzarətinə keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri