“İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi” Ermənistan Prezidenti
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistan və Azərbaycan arasında başa çatan hərbi münaqişədəki insan itkilərinin yerini heç nə ilə doldurmaq olmaz. İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi. Demək istəyirəm ki, sülh sazişini paraflamağa nail olduq, çünki hər iki ölkənin siyasi liderləri buna hazır idi”
Bizim.Media xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan Davos forumunda keçirilən panel müzakirəsində bildirib.
O qeyd edib ki, bu da məsələnin həllinə kömək etdi: İki dövlətin liderləri öz xalqlarının gələcəyini, sülh və rifah yolunu seçiblər:
"İnsan itkilərini heç vaxt bərpa edə bilməyəcəyik. Məhz buna görə də siyasi liderlərin münaqişələrin sülh yolu ilə həllində rolu son dərəcə vacibdir. Hər şey liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji hədəflərə doğru irəli baxmaq qabiliyyətindən asılıdır. Məhz bu, ölkələrin uğurunu müəyyən edir. Bu, hər şeydən üstündür".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Yanvar 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















