Icma.az
close
up
RU
İki pis arasında seçim...

İki pis arasında seçim...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ermənistan yol ayrıcında qalıb

İkinci Qrabağ müharibəsindəki ağır kapitulyasiyadan sonra Ermənistanda sonu görünməyən siyasi böhran yaşanır. Hakimiyyətin stabil siyasi kursu yoxdur. Ölkə daxilində müxtəlif xarici güc mərkəzlərinə bağlı olan qruplaşmalar meydana gəlib və onlar aldıqları sifarişlər əsasında Ermənistanı yeni avantüralara çəkmək istəyirlər. Belə görünür ki, bu ölkənin cəmiyyəti, iqtidarla müxalifəti ortaq məxrəcə gətirəcək lideri və ümummilli ideyası yoxdur. Bu günlərdə Ermənistanda baş nazir Nikol Paşinyanın impiçment məsələsi gündəmə gəlib. Ölkə yenidən yol ayrıcındadır...

“Biz yatmırıq”dan cəmiyyətə oyanış çağırışı

Nikol Paşinyanın istefasının tələb olunması və yaxud onunla bağlı parlamentdə impiçment prosesinə başlanılmasına çağırış edilməsi Ermənistan üçün yeni gündəm deyil. Belə çağırışlar həm müxalifət liderləri, həm də parlament fraksiyalarının təmsilçiləri tərəfindən dəfələrlə səsləndirilib. Bədnam “Keşiş inqilabı” yaddaşlarda  N.Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını hədəfləyən ən kütləvi hərəkat kimi qalıb. İştirakçıların pulla cəlb edilməsinə rəğmən, bu hərəkat bütün ölkə üzrə genişlənmədi və tezliklə süquta uğradı.

Bu dəfə N.Paşinyanın impiçment məsələsi “Biz yatmırıq” vətəndaş hərəkatı tərəfindən gündəmə daşınıb. Bu, həmçinin “Biz yatmırıq”ın cəmiyyətə bir oyanış çağırışı kimi də dəyərləndirilir. Yerli KİV-in yaydıqları məlumatlara əsasən, “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib. “Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir”, - deyə Edqar Kazaryan sosial şəbəkədəki səhifəsində yazıb.

Xatırladaq ki, daha əvvəl “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.

Öz növbəsində bəzi müxalifət partiyaları da “Biz yatmırıq”dan gələn impiçment çağırışına dəstək veriblər. Məsələn, “Şərəfim var” parlament fraksiyasının təmsilçiləri N.Paşinyanın impiçmenti prosesinə başlamağa hazır olduqlarını bildiriblər. Bu barədə fraksiyanın rəhbəri Ayk Mamidcanyan məlumat verib. O təsdiqləyib ki, hazırda ölkədə hakimiyyətin əvəzlənməsinin ən asan yolu parlamentdə Baş nazirə etimadsızlıq göstərilməsi olardı. A.Mamidcanyan “Şərəfim var” fraksiyanın Baş nazir postuna namizədinin olmadığını etiraf edib. O bildirib ki, fraksiyanın üzvləri heç bir ilkin şərt irəli sürmədən N.Paşinyanı əvəzləyəcək yeni namizədin müzakirələrinə başlamağa hazırdırlar. Parlamentari əlavə edib ki, digər müxalifət fraksiyası olan “Hayastan” bloku sabiq prezident R.Koçaryanın namizədliyini irəli sürəcəyi təqdirdə “Şərəfim var” buna da razılığını verəcək.

Cəmiyyət ümidsizdir, parlamentdə kvota olmayacaq

Bununla belə, Ermənistanın indiki reallıqları fonunda Baş nazirə etimadsızlıq göstərilməsi prosesinin baş tutacağına inam azdır. Bu, ilk növbədə Ermənistan cəmiyyətinə hakim kəsilən ümidsizliklə bağlıdır. İnsanlar indi yenidən meydanlara çıxan və özlərini az qala qəhrəman kimi təqdim edən köçəryanların əməllərini yaxşı xatırlayırlar. Ümumi qənaət belədir: R.Köçəryanın yenidən hakimiyyətə qayıtmasındansa, N.Paşinyanın vəzifədə qalması daha yaxşıdır. Doğrudur, hazırda baş nazirin reytinqi xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gəldiyi 2018-ci illə müqayisədə xeyli aşağıdır. Bununla belə, iki pisdən birini seçmək reallığı yaranacağı təqdirdə, cəmiyyətin N.Paşinyana üstünlük verəcəyi də heç kimdə şübhə doğurmur.

Cəmiyyətin əhval-ruhiyyəsi ilə yanaşı, parlamentin tərkibi də N.Paşinyanın lehinə işləyən amillər sırasındadır. Ermənistan qanunvericiliyinə görə, parlamentdə Baş nazirə etimadsızlıq prosesinə başlanılması üçün ilk növbədə onu əvəzləyəcək namizədlər müəyyənləşdirilməlidir. Bundan başqa, parlamentin 107 deputatından ən azı 54-ü impiçment prosesinə başlanılmasına “hə” deməlidir. Hazırda “Hayastan” və “Şərəfim var” fraksiyalarını parlamentdə cəmi 34 deputat təmsil edir. Hakim “Vətəndaş müqaviləsi” partiyası isə parlamentdə 69 mandata sahibdir. Daha dörd deputat  müstəqil statusa malikdir. Bu statistika ondan xəbər verir ki, indiki məqamda N.Paşinyanın parlament etimadsızlığı yolu ilə hakimiyyətdən uzaqlaşdırılması real deyil.

Öz növbəsində hakim komandanın təmsilçiləri hakimiyyətlərini davam etdirəcəklərinə əmindirlər. “Ermənistanda parlament seçkiləri bu həftə keçirilərsə, hakim “Vətəndaş müqaviləsi” partiyası 50 faizdən çox səs toplayacaq”. Bu fikri ölkə parlamentinin sədri Alen Simonyan səsləndirib.“Sorğular da göstərir ki, hakim partiya birinci yerdədir və əhali tərəfindən daha çox dəstəklənir... Əminəm ki, əgər seçkilər bu cümə günü keçirilərsə, “Vətəndaş müqaviləsi” 50 faiz + səs toplayaraq qalib gələcək”, - deyə A.Simonyan vurğulayıb.

Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim partiyaya dəstək böyük ehtimalla daha çox olacaq.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see404

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see317

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see315

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see278

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see259

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see252

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see218

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see203

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see193

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see182

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see175

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see173

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see173

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see170

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see169

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see169

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see168

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see161

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see153

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri