İki prezident Füzuli rayonuna səfər edib
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.
Reyting.az xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Füzuli Beynəlxalq Hava Limanında Şavkat Mirziyoyevi mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
***
Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.
Reyting.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.
Bu mövzuda digər xəbərlər:Belarusun Baş nazirinin müavini Natalya Petkeviç Füzuli rayonuna səfər edib
29 Oktyabr 2025 11:39
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib
17 İyul 2025 11:14
Füzuli dən səfər qələbəsi VİDEO
24 Aprel 2025 00:34
Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəlib
04 İyul 2025 07:06
Şavkat Mirziyoyev və Ersin Tatar Füzuli rayonuna səfərə gəliblər
03 İyul 2025 14:36
Baxış sayı:118
Bu xəbər 03 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















