İki tankerin qəzaya uğraması nəticəsində Qara dənizdə neft sızması baş verib YENİLƏNİB
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Göyərtəsində 29 ekipaj üzvü olan iki tankerin qəzaya uğraması nəticəsində Qara dənizdə neft sızması baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosmorrechflot” məlumat yayıb.
Bildirilib ki, bu gün Qara dənizdə baş verən fırtına nəticəsində “Volqoneft-212” və “Volqoneft-239” adlı iki tanker qəzaya uğrayıb.
Qeyd olunub ki, xilasetmə əməliyyatı təşkil olunub, tankerlərə iki əlavə gəmi və iki helikopter göndərilib, təxliyə aparılır.
Hazırda “Dəniz Xilasetmə Xidməti” Federal Dövlət Büdcə Müəssisəsi və Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən neft dağılmasının aradan qaldırılması üçün tədbirlər görülür.
14:17
Rusiyanın “Volqaneft” tankeri Kerç boğazında fəlakətə uğrayıb.
“Report” TASS-a istinadən, bu barədə təcili yardım xidmətləri məlumat verib.
Agentliyin həmsöhbəti bildirib ki, “fırtına şəraitində [4 ton mazut daşıyan] tankerin burun hissəsi qopub, 13 nəfərlik heyət gəminin arxa hissəsində yerləşir”.
O əlavə edib ki, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Həmçinin mazutun dağılması barədə də məlumat yoxdur. Hadisə sahildən 8 km məsafədə baş verib.
Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 15 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















