Icma.az
close
up
RU
İki turistə görə bütöv xalqı hədəf götürmək doğru yanaşma deyil

İki turistə görə bütöv xalqı hədəf götürmək doğru yanaşma deyil

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"Şəhidlər Xiyabanında qeyri-etik hərkətlərə yol verən ərəb turistlərə görə bütöv bir xalqı hədəf götürmək, sosial şəbəkələrdə təhqiredici və xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan ifadələr səsləndirmək doğru deyil. Hesab edirəm ki, bu hadisə üzərindən qəhrəmana çevrilməyə çalışan sosial şəbəkə istifadəçiləri yazdıqları fikirlərdə bir qədər ehtiyatlı olmalıdırlar".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O deyib ki, bir-iki nəfər tərbiyəsiz insana görə bütöv bir xalqı hədəf götürmək doğru yanaşma deyil:
"Hər bir millətin, xalqın içərisində mədəniyyətdən kənar, özünü ictimai yerlərdə apara bilməyən insanlar var. Ancaq bu o demək deyil ki, bütövlükdə xalqın yanaşması, hərəkətləri o tərzdədir. Digər tərəfdən sosial şəbəkələrdə bəzi vətəndaşlarımız tərəfindən iki ərəb turistə görə ümumilikdə ərəbləri hədəf alan açıqlamalar verməsi dövıətimizin siyasətinə, tolerantlıq ənənələrinə də ziddir. Azərbaycan dünyada milli kultural, tolerant ölkə kimi tanınır. İstənilən xalqın nümayəndəsi burada sərbəst şəkildə yaşaya, istirahət edə bilir. Bu ənənələrimizə görə dünyaya nümunəyik. İndi isə iki ərəb turistə görə biz həmin ənənələrimizin üzərindən xətt çəkə, dünyada olan müsbət imicimizi mənfiyə doğru dəyişə bilmərik. Hesab edirəm ki, hər kəs sosial şəbəkə üzərindən fikirlərini bildirərkən müəyyən həssas məqamları nəzərə almalı, dövlət siyasətimizə zidd olan fikirlərdən uzaq durmalıdır".
Arzuman Muradlı qeyd edib ki, məlum hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanları öz sözünü deyib və qeyri-etik hərəkətlərə yol verən şəxslər saxlanılıb:
"Məlum olduğu kimi onlar barəsində artıq cinayət işi açılıb. Bu məsələdə qanun öz sözünü deyəcək".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Avqust 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri