İki yaşlı qız həkim növbəsində gözləyərkən ÖLDÜ
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Ulyanovsk şəhərində iki yaşlı qız özəl klinikada pediatrın qəbulunu gözləyərkən həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə idarəsi məlumat yayıb.
Məlumata görə, hadisə azyaşlı uşağın pediatrın qəbuluna növbədə gözlədiyi zaman baş verib. Bundan əvvəl qızda kəskin bağırsaq infeksiyasının əlamətləri müşahidə olunduğu üçün təcili tibbi yardım çağırılıb.
Təcili yardım əməkdaşları uşağa lazımi tibbi yardım göstərib və onun vəziyyəti yaxşılaşıb. Lakin daha sonra yaxınları qızı özəl klinikaya aparıblar.
Bildirilir ki, uşaq klinikada növbədə gözlədiyi zaman vəziyyəti qəfil pisləşib və o, dünyasını dəyişib.
İlkin məlumata görə, ölümə infeksiya səbəb olub.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb.
“Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş istintaq tədbirləri həyata keçirilir”, – İstintaq Komitəsindən bildirilib.
Hadisə ilə bağlı Rusiya Federal Səhiyyə Nəzarəti Xidməti (Roszdravnadzor) da araşdırmaya başlayıb. Qurumun mütəxəssisləri uşağın ölümünün səbəblərini və tibbi yardımın göstərilməsi ilə bağlı bütün halları araşdırırlar.
NURİYYƏ
Baxış sayı:116
Bu xəbər 07 Sentyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















